"Çindən Azərbaycana gələn insanlar nəzarətə götürülməlidir" - Afaq Əliyeva

“Çindən Azərbaycana sağlam şəkildə gələn insanlar belə nəzarətə götürülməlidir. Çünki bu xəstəliyə xas olan inkubasiya dövrü var. Bu da 2 gündən 14 günə qədər müddəti əhatə edir”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Mütəxəssis bildirib ki, onlar xəstə deyil, sadəcə, tibb müəssisələrində müəyyən müddətə nəzarətdə saxlanılmalıdır.

A.Əliyeva vurğulayıb ki, bu gün insanlar arasında təşviş yaranıb: “Lakin heç bir təşvişə ehtiyac yoxdur. Çünki ölkəyə şübhəli xəstə gəlməyib. Amma bu virus hava-damcı yolu ilə keçir. Bu ölkə ilə gediş-gəliş var. Tələbələrimiz orada oxuyur. Onlar da bayıra çıxmırlar. Ərazi karantin altına alınıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar