BMT Azərbaycanda inflyasiya üzrə proqnozlarını açıqlayıb

Bu il Azərbaycanda istehlak qiymətlərinin indeksi 2019-cu ilə nisbətən 2,8% artacağı gözlənilir.

"APA-Economics"in BMT-nin yeni proqnozuna istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə inflyasiya 2,8%, gələn il isə 3% səviyyəsində olacağı gözlənilir.

BMT-nin proqnozuna görə, MDB ölkələri arasında ən yüksək inflyasiya səviyyəsi Özbəkistan və Türkmənistanda gözlənilir. 2020-ci ildə bu ölkələrdə istehlak qiymətləri indeksinin müvafiq olaraq 10,1% və 8% gələn il isə müvafiq olaraq 8,9% və 6% artacağı proqnozlaşdırılır.

Ən aşağı inflyasiya isə Qırğızıstanda gözlənilir. BMT-nin proqnozlarına görə, sözügedən ölkədə inflyasiya bu il 1,5%, 2021-ci ildə isə 2% təşkil edəcək.

Ümumilikdə, MDB ölkələrinin orta inflyasiya səviyyəsi 2020-ci və 2021-ci illərdə müvafiq olaraq 4,4% və 4,1% təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan hökumətin rəsmi proqnozlarına əsasən, 2020-ci ildə inflyasiya 4,6% olacaq və ölkədə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində saxlanılması təşkil edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar