“İcra başçısı hamını yığıb və tapşırıb ki...” - 79 saylı İmişli Seçki Dairəsində nə baş verir?

“Yanvarın 25-də saat 12 radələrində İmişli rayon icra başçısı Vilyam Hacıyev 79 saylı Seçki Dairəsinə aid olan 29 kənd icra numayəndəsini və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, o cümlədən, təhsil şöbəsinin müdirinin iştirakı ilə qeyri-rəsmi toplantı keçirib. Bundan 2 saat sonra həmin dairədən deputatlığa namizəd Razi Nurullayev icra hakimiyyətinə dəvət olunub”.

“AzPolitika.info” xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə yayılıb. Xəbərdə bildirilir ki, təxminən 1saat 20 dəqiqədən sonra namizəd binanı tərk edib. Ardınca isə R.Nurullayevin qohumu, Seyid Sarı adlı biznesmenin Vilyam Hacıyevlə görüşü olub. Mənbə iddia edib ki, kənd icra nümayəndələrinə seçkidə Razi Nurullayevə kömək göstərilməsi tapşırığı verilib. “Facebook”da “İmişli” səhifəsində Seyid Sarı haqqında məlumat və ona aid fotolar yerləşdirilib.

“Şəkilin yuxarı hissəsində gördüyünüz ağ rəngli 10-RD-222 nömrəli avtomobil İmişlidə Seyid Sarı kimi tanınan şəxsə məxsusdur. Seyid Sarı Bakıda və Rusiyanın Leninqrad şəhərində böyük biznesə sahibdir. Öndəki 30-AA-002 nömrəli maşın isə icra başçısının birinci müavininə məxsusdur. Maşınların durduğu yer isə icra hakimiyyətinin binasının qarşısıdır.

Şəkilin aşağıdakı hissəsində isə deputatlığa namizəd Razi Nurullayev, yanında Seyid Sarının qardaşı Mirdamətdir. Seyid Sarı bütün günü icra başçısının yan-yörəsində fırlanır, qardaşları isə bu namizədin. Bu qardaşlar Razi Nurullayevlə qohumdurlar”, - səhifədə bildirilir.

Yazıda daha sonra R.Nurullayevin seçicilər arasında heç bir nüfuzunun olmadığı da qeyd olunur.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar