Braziliyada 60-dan çox insan leysan yağışların qurbanı olub

Ötən həftə Braziliyanın cənub-şərqində güclənmiş leysan yağışların qurbanlarının sayı 63 nəfərə çatıb.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının xilasetmə xidmətinin yenilənmiş məlumatında bildirilir.

Qeyd edilir ki, ən böyük insan itkiləri Minas-Jerays ştatında qeydə alınıb. Burada 52 nəfər təbii hadisənin qurbanı olub. Ştatın 100-dən çox bələdiyyəsində fövqəladə vəziyyət elan edilib.

Qeyd edilir ki, daşqın təhlükəsinə və sürüşmələrə görə demək olar, 29 min sakin öz evlərindən təxliyyə edilib, 4 mindən çox insan evsiz qalıb.

İki həftədir yağışların başladığı qonşu Espiritu-Santuda 9 nəfər həlak olub. Məlumata görə, bu ştatda 13 min sakin öz evlərini tərk etməyə məcbur olub, onlardan 1,5 min nəfərinin yeni evə ehtiyacı var.  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar