AZƏRBAYCANIN SABİQ XARİCİ İŞLƏR NAZİRİ VƏFAT ETDİ - İsveçrədə dəfn olunub

Azərbaycanın keçmiş xarici işlər naziri (AXC-Müsavat hökuməti) Tofiq Qasımov uzun illərdir mühacirətdə yaşadığı İsveçrədə vəfat edib. Bu xəbəri AMEA-nın Fizika İnstitutunun əməkdaşı Mirbaba Babayev Facebook-da paylaşıb. Onun cənazəsi İsveçrədə dəfn olunub.

Tofiq Qasımov 1938-ci ildə Ağstafa rayonunda olub. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. 

Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifi idi.

1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak etmişdir.

1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub. Azərbaycan SSRİ xalq deputatı seçilib. 1992-ci ilin mayında AXC-nin hakimiyyətə gəlişindən sonra xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar