“Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb
Baxiş sayı:
Dərc olunub:
29/01/2020 - 11:35
Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir.
“Report”un məlumatına görə, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.
Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı restorandan “Report”a bildirilib ki, şikayət olması barədə İdarə Heyətinə məlumat verilməyib:
“Belə bir hal baş verərsə, müştəridən hesab alınmır”.
Son yazılar
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.