“MƏN OLİQARXLARA YOX, DÖVLƏTƏ VƏ SEÇİCİLƏRİMİN DƏSTƏYİNƏ GÜVƏNİRƏM...” - Raqif Muradov möhtəşəm görüşlər keçirir + FOTOLAR

Raqif Muradov: “Ölkə başçısı ortaya siyasi iradə qoyub... Seçkiyə haram qatanları isə Ağstafanın icra başçısının taleyi gözləyir...”

Seçicilər: Raqif Muradovu bizim təmsilçimiz, sözümüzü, fikrimizi çatdıran bir vəkil kimi görmək hər birimizin arzusudur”

Milli Məclisə növbədənkənar seçkiylə bağlı ən gərgin və maraqlı seçki mübarizəsi müşahidə edilən dairələrdən biri də 80 saylı İmişli-Beyləqan Dairəsidir. “AzPolitika.info” xəbər verir ki, bu dairədə bəziləri öz namizədliklərini geri götürsələr də, hazırda 18 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır.

Ən aktiv kampaniya aparan və yerli əhali arasında böyük nüfuza və dəstəyə malik olan namizədlərdən sayılan Raqif Muradovun seçicilərlə görüşləri son günlər daha da geniş vüsət alıb və böyük izdiham toplamağa başlayıb.

Xüsusilə də yanvarın 28-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində keçirilən son görüş öz kütləviliyinə və doğurduğu marağa görə daha çox seçilib.

“AzPolitika.info”nun əməkdaşının da müşahidə etdiyi görüşdə Raqif Muradov məhz bu qəsəbədə doğulduğunu, uzun müddət burada çalışdığını, sonra Bakıya vəzifəyə dəvət olunduğunu və bugünədək müxtəlif yüksək vəzifələrdə çalışdığını qeyd edib. Lakin bütün bunlara baxmayaraq, öz doğma eliləəlaqəni heç vaxt kəsməyib, bacardığı qədər ona dayaq durmağa çalışıb. Elə bu gün onun deputatlığa namizədliyini irəli sürməsi də həmin bu bağlılıqdan irəli gəlir.

“Seçkiyə haram qatanları Ağstafanın icra başçısının taleyi gözləyir...”

Bir qəsəbə üçün həqiqi mənada möhtəşəm adlandıra biləcəyimiz görüşdə, həmyerliləri qarşısında çıxış edən R.Muradov əvvəlcə ölkədə növbədənkənar parlament seçkisinin hansı zərurətdən yarandığını izah etdi və ölkə başçısının bununla bağlı sərəncamının əhəmiyyətini izah etdi.

Xatırlatdı ki, Prezident İlham Əliyev Davos İqtisadi Forumunda da bu seçkinin əhəmiyyətini qeyd edib: ““Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır”- bunu Prezident deyib.

Mənə bir çox seçicilər bəzi köhnə neqativ halların bu seçkidə də təkrar olunub-olunmayacağı ilə bağlı suallar verirlər. Buna ən dəqiq cavabı cənab Prezident verib və deyib ki, məhz insanların etimad göstərdiyi şəxslər seçiləcək. Mən də bu fikirdən çıxış edərək, sizləri inandırıram ki, seçkiyə gəlib layiq bildiyiniz namizədə səs versəniz, heç bir neqativ addıma yol verilə bilməz. Çünki ölkə başçısı ortaya qəti iradə qoyub. Heç kim bu iradənin əleyhinə gedə bilməz. Artıq hansısa oliqarx öz istədiyi yaxın adamını parlamentə müxtəlif yollarla keçirməyə nail ola bilməyəcək. Seçkiyə haram qatanları isə Ağstafanın icra başçısının taleyi gözləyir...”

“Mən xalqımın gücünü, dəstəyini hiss edirəm və özümü onlara borclu hesab edirəm"

Raqif Muradov qeyd etdi ki, onu bu yola çıxmağa yerli əhalidən, xalqdan aldığı güvən həvəsləndirib: “Mən bəzi namizədlər və deputatlar kimi, hansısa oliqarxa yox, seçicilərin, xalqımızın dəstəyinə güvənirəm. Mən arxamda onların gücünü, dəstəyini hiss edirəm və özümü onlara borclu hesab edirəm.”

Deputatlığa namizəd qeyd etdi ki, əhaliyə “siz səs versəniz də, verməsəniz də seçiləcəyəm” prinsipi ilə yanaşan və bunu söyləyən namizədlər, yaxud deputatlar yox, onların dərd-sərini, problemlərini dərindən bilən, bu problemlərin həllinə çalışan və nail olan millət vəkili lazımdır: “Mən bu seçki kampaniyası dövründə bir daha əmin oldum ki, bir çox problemləri yerindəcə həll etmək mümkündür və qısa müddətdə hətta özüm onların bir neçəsinin həllinə nail oldum.

Sadəcə, bunun üçün xalqın arasına çıxmaq, onun problemlərilə maraqlanmaq lazımdır. Mən isə öz el-obamı çox yaxşı tanıyıram və insanlarımızın problemlərinə bələdəm. Ən əsası isə bizim aramızda bir güvən var və insanlarımız bilir ki, mən bu el-obadan uzaq düşən, buraya ancaq seçkidən-seçkiyə gələn birisi deyiləm.

Əksinə, tutduğum vəzifədən, imkanlardan asılı olmayaraq, onsuz da hər zaman insanlarımıza dayaq durmağa çalışmışam. Ancaq xalqın və dövlətimin mənə verəcəyi mandat bu imkanları qat-qat artıra bilər. Mən seçiləcəyim təqdirdə, hər ayın son şənbə günü yaradacağım qərərgahda seçicilərin problemlərini dinləməyə və onların həlli üçün əlimdən gələni etməyə söz verirəm...”

“İmkansız ailələrdən olan gənclərin təhsil haqqının ödənməsi üçün fond yaradacağıq”

Seçkiyə qatılmazdan əvvəl İmişlidən olan imkanlı iş adamları ilə görüşdüyünü və xüsusi fond yaradılması qərarına gəldiklərini söyləyən R.Muradov həmin fondun təyinatı barədə danışıb: “Mən təhsilin istənilən xalq, region üçün müstəsna rol oynadığını qeyd etməyə bilmərəm. Özüm ali təhsil almaq üçün çox məhrumiyyətlərdən, maddi sıxıntılardan keşmişəm.

Mən söz verirəm ki, bizim yaradacağımız fond rayonumuzdakı, el-obamızdakı imkansız ailələrdən olan gənc, istedadlı uşqalarımızın təhsil haqqının ödənilməsinə xidmət edəcək.”

R.Muradovun bu fikri seçicilər tərəfindən alqışla qarşılandı.

Bundan sonra görüşdə vaxtilə R.Muradovla çiyin-çiyinə işləmiş, onun həyat yolundan yaxşı məlumatlı olan qəsəbənin hörmətli ziyalıları, müəllimləri çıxış etdilər.

“Onun ən böyük nailiyyəti el-obanın ona olan güvəni, etimadıdır”

Əlizadə Kərimov yerli əhalinin R.Muradovu çox yaxşı tanıdığını və ona güvəndiyini söylədi: “O, sadə çilingər ailəsində anadan olub və bu yerlərə öz gücü, ağlı, savadı ilə çatıb. Onun ən böyük nailiyyəti isə el-obanın ona olan güvəni, etimadıdır. Və məhz o, bizim problemlərimizi hamıdan yaxşı bilir. Raqif Muradovu bizim təmsilçimiz, sözümüzü, fikrimizi çatdıran bir vəkil kimi görmək hər birimizin arzusudur. Gəlin bu fürsəti əldən verməyək öz elimizdən, obamızdan olan, sözün əsl mənasında öz adamımızı seçək!”

Ə.Kərimovun da çıxışını alqışla qarşılayan seçicilər onun fikirlərilə tam şərik olduqlarını bildirdilər.

Daha sonra digər ziyalılar, ağsaqqallar - İnşallah Quliyev, Qənimət Məmmədov, Qüdrət Abdullayev, Rafət Tapdıqlı, yerli məscidin axundu Canəli Gözəlov çıxış edərək, R.Muradova öz xeyir-dualarını verdilər. 

Olduqca səmimi və kifayət qədər izdihamlı keçən görüşü R.Muradov sona çatdırdı və çıxışının sonunda bir daha seçiciləri fevralın 9-da keçiriləcək seçkiyə hamılıqla qatılmağa çağırdı və onların hər birinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirdi.

Dairədən deputat olmuş Əhəd Əhmədovun tərəfdarları da  Raqif Muradovu dəstəkləkləyir

Qeyd edək ki, bu görüşdən əvvəl, elə həmin gün ərzində R.Muradov böyüyüb boya-başa çatdığı Şahverdili və Göbəktala kəndlərində seçicilərlə görüşlər keçirmişdi. 

Maraqlıdır ki, bu görüşlərdə R.Muradovu 2005-2010-cu illərdə həmin dairədən deputat olan Əhəd Əhmədovun nümayəndələri də müşaiyət edərək, öz dəstəklərini bildiriblər. Ə.Əhmədov növbədənkənar seçkidə öz namizədliyini versə də, sonradan namizədliyini geri götürüb.

R.Muradovun əməkdaşımızla söhbətindən belə aydın oldu ki, Ə.Əhmədovun da tərəfdarlarının məhz R.Muradovu dəstəkləyəcəyi gözlənilir. R.Muradov Ə.Əhmədovun yaxın adamlarının, səlahiyyətli nümayəndələrinin seçicilərlə görüşlərə onunla birgə qatılaraq, onun namizədliyini müdafiə etdiklərini bildirdi vəəməkdaşımız da bu mənzərənin şahidi oldu.

“Hər kəs inamla, məsuliyyətlə bu seçkiyə qatılmalı, layiqli namizədə səs verməlidir..”

R.Muradov həmçinin qeyd etdi ki, seçiciləri ən çox narahat edən məsələlərdən biri seçki günü neqativ halların baş verəcəyi, onların seçimindən asılı olmayaraq, icra orqanlarının göstərişləri əsasında kimlərinsə seçiləcəyi ehtimalıdır: “Kimlərsə guya icra başçısının adından məlumatlar, kimlərinsə dəstəklənməsinə dair göstərişlər verildiyinə dair şaiyələr yayırlar.

Mən isə seçicilərimi inandırıram ki, vəzifəsindən asılı olmayaraq, heç kim Prezidentin ortaya qoyduğu iradənin əleyhinə gedə, islahatların siyasi qolu olan növbədənkənar seçkini sabotaj edən addımlar ata bilməz. Ona görə də, hər kəs inamla, məsuliyyətlə bu seçkiyə qatılmalı, layiqli namizədə səs verməlidir... ”

R.Muradov sonda bildirdi ki, artıq seçki dairəsinin əhatə etdiyi 32 kənd və qəsəbədən 27-də olub və seçicilərlə görüşlər keçirib. Seçkiyə qədər qalan müddətdə digər kəndlər də daxil olmaqla, görüşlərini davam etditrəcəyini deyən R.Muradov seçkinin obyektiv və şəffaf keçiriləcəyinə və bu halda qalib gələcəyinə 100 faiz əmin olduğunu söylədi.

“AzPolitika.info”


635x100

Şərhlər

Cavadxanlı kəndi 2020-01-30 22:15:15

Raqif bizlərin Fəxridir Biz sizinləyik Ədalət sizlə olsun

Kəndçi oğlan 2020-01-30 13:40:38

Men duşunuremki, laiq olan secilecek. Bu qeder insani bura yigmağim tek sebebi inam ve sevgi ola biler. Kend heyati çox çetindir. İnanlari bir araya toplamaq olmur. Allah xeyir versin. Laiqsense secilersen insAllah. Saxtakarliq olmamasi uçun, millet her bir seçki dairelerinde sesvermeye getmelidir. Bu bizim borcumuzdur

Yerli adam 2020-01-30 00:46:58

Bu dairədən xalq Raqif Muradovu seçəcək, görək DSK kimi elan edəcək

Son yazılar