ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ - 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov, hər gün Şabran və Siyəzən rayonlarının 4-5 kəndində seçicilərlə görüş keçirir.

Hakim partiyanın ən yaxşı təbliğat-təşviqat kampaniyası aparan namizədlərindən olan S.Qurbanov son 2 gündə 10-a dək kəndin seçicilərilə görüşüb. Bu kəndlərin bəziləri isə qarlı dağ kəndləridir.

Namizəd əvvəlcə Şabran rayonunun Ağbaş, Çölquşçu və Çayqaraqaşlı kəndlərində seçicilərin qarşısına çıxıb. Burda həm öz platforması barədə danışıb, həm də sakinləri dinləyib, onların problemlərini öyrənib.

S.Qurbanov seçicilərlə görüşdən sonra Ağbaş kəndində şəhid Milli Qəhrəman Samir Zülfüqarovun ailəsinə baş çəkib. “Samir qardaşımız 1995-ci ildə Cavadov qardaşlarının dövlət çevrilişinə cəhd etdiyi zaman qorxmaz, igid əsgər olaraq öz şücaətini göstərmiş və bu yolda şəhid olmuşdur. Anamız Gülgəz xanım ailəsinə göstərdiyi diqqətə görə dövlətimizə, onun rəhbəri cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi”, - S.Qurbanov qeyd edib.

Siyəzən rayonunda isə Yenikənd, Gilgilçay, Tuğay, Aşağı Ələz, Yuxarı Ələz, Dağquşçu kəndlərində görüşlər olub. S.Qurbanov həmçinin rayon mərkəzində 48-49 saylı yaşayış binalarının sakinləri ilə də görüşüb.

YAP-ın namizədi bütün görüşlərdə seçicilərdən tam dəstək vədini alıb.

S.Qurbanovun son 2 gündəki görüşlərindən fotoları təqdim edirik:




























635x100

Şərhlər

Gülşən Əsadova 2020-01-30 12:21:21

Uğurlar arzulayırıq! İnşallah sizin sayənizdə Şabran rayonu istədiyimiz kimi görərik!

Rəsmiyyə Həsənova 2020-01-30 12:07:43

Allah yolunuzu açıq etsin Sadiq müəllim.Sizi tanıyanlar bilir ki xalq sizi seçsə öz vezifenizi layiqincə yerinə yetirəcək insanların problemlərini dinləyib ən optimal yolla bu problemləri həll edeceksiz.Biz tələbələriniz sizə inanir və sizi hər zaman destekleyirik.

Hacıağa 2020-01-30 10:21:04

İnsanlar nə qədər saf,sadə və inanandırlar...

İlqar 2020-01-30 09:01:40

Uğurlar !!!

Köhto 2020-01-30 02:34:55

Sadiq bəy niyə sizi daha yaxşı tanıyan doğulduğunuz Naxçıvanın Şərur rayonundan və ya məskunlaşaraq işlədininiz Bakı şəhərinin bir rayonundan namizədliyinizi vermirsiniz? Fikrimcə şəxs namizəd verdiyi rayonun insanları və problemlemləri barədə daha çox tanış olan biri olmalıdır. Belə insanlar Siyəzən-Şabran zonosında nəqədər desən var. Azpolitika X.E. şərhimi verin.

Zahir Yusifov 2020-01-29 23:40:12

Siyəzən və Şabran rayonlarının seçiciləri İnşallah düzgün qərar verib Sadiq Qurbanova səs verəcəklər. Ən düzgün seçim Sadiq müəllim olar.

Son yazılar