ƏSMƏR ƏLİYEVA NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ - Açıqlama yaydı

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyeva namizədliyini geri götürüb. “AzPolitika.nfo” xəbər verir ki, Əsmər Əliyeva şəxsi səbəblərə görə bu addımı atdığını bildirib.

“ Əziz və dəyərli Şirvan camaatı, dostlar!

Təəssüf hissi ilə bildirmək istəyirəm ki, şəxsi səbəblər məni bu yolu tamamlamaq imkanından məhrum etdi. Şirvan camaatının qəlbində etdiyim yer, onlarda deputata və namizədlərə sönmüş həvəsin yenidən oyanmasına nail olmaq mənim qələbəm oldu. Məni bu yolda Şirvanın Meqan Marklı və Qənirə Paşayevası da adlandırdılar. Mən inanıram ki, Şirvan camaatı seçkilərdə aktiv olacaq və öz namizədini layiqincə seçəcək!

Əminəm ki, ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı islahat siyasəti layiqincə icra olunacaq və yeni formalaşacaq parlament savadlı, nüfuzlu, əxlaqlı, səmimiyyəti və cəsarəti ilə hamişə seçicisinin yanında olacaq. Bu yolda mənə güvənən və məni dəstəkləyən ailəmə, dostlarıma, qohumlarıma, nümayəndələrimə, vəkillərimə, müşahidəçilərimə və adını bilmədiyim, sayı minlərə çatan gizli və açıq təbliğatçılarıma və dəstəkçilərimə minnət hissi ilə təşəkkür edirəm! Yaxşı ki, mən bu yola başladım və sizləri tanıdım!”.

635x100

Şərhlər

secici 2020-01-29 16:44:48

heyf

Son yazılar