“ADAM NƏ QƏDƏR NANKOR, HUŞSUZ OLAR Kİ...” - Etibar Əliyev Fərəc Quliyevdən MSK-ya şikayət etdi

31 saylı Suraxanı ikinci Seçki Dairəsindən müstəqil namizəd, tanınmış təhsil eksperti Etibar Əliyev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib.

Namizədin seçki qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, E.Əliyev bildirib ki, rəqibi Fərəc Quliyev onun şəxsiyyətini təhqir etdirir və böhtan atır. Təhsil eksperti buna sübut kimi, F.Quliyevə məxsus davam.az saytında 28.10.2020-ci il tarixində dərc olunan yazını göstərib. Həmin məqalədən sitat: “Etibar Əliyev heç olmazsa seçki dönəmində ayıq başla səviyyəli davranmağa üstünlük vermir. Orta məktəbdə müəllim işindən içki düşkünü olduğu üçün qovulmuş bu adam başını başlara qoşmağa çalışır...”

Etibar Əliyev qeyd edir ki, o ümumiyyətlə orta məktəbdə müəllim işləməyib: “Mən fəlsəfə doktoru kimi Aviasiya Akademiyasının müəllimi olmuşam və bu təhsil müəssisəsindən öz ərizəmlə işdən çıxmışam”.

Namizəd davam.az saytında ona atılan növbəti böhtandan sitat gətirir: “Sədr müavini olduğu partiyanın Fətulla Gülən himayəsində olduğunu bütün ölkə bildiyi halda adamın F. Quliyevi kiminsə himayəsində təqdim etmək cəhdi isə yalnız ironiya doğura bilər. Etibara cavab verməmək də olardı - əmin olsaydıq ki, onu danışdıran buradakı böyükləri və ya kənardakı imamları deyil”.

Ekspert bu ittihamla bağlı onu qeyd edib ki, o heç bir partiyanın üzvü deyil və təhsil eksperti kimi FETO məktəblərinin Azərbaycanda olmasının əleyhinə çıxıb: “Digər mühüm bur məqamı diqqətinizə çatdırım: Bütün bunları Fərəc Quliyevin Fövqəladə Hallar Nazirliyində işləyən Mətin Quliyev adlı oğlu təşkil edir. Mətin Quliyev “qara piar” məqsədi ilə şəxsiyyətimi təhqir edən kollaj düzəldib və “Facebook” səhifəsində yerləşdirib. Dövlət məmurunun seçkiyə müdaxiləsi qanunla qadağan olunur. Qeyd edilənləri nəzərə alıb, Fərəc Quliyev barədə ölçü götürməyi Sizdən xahiş edirəm”, - deyə namizəd seçki qurumunun rəhbərinə müraciətini yekunlaşdırıb.

Bununla yanaşı Etibar Əliyev “Facebook” səhifəsində Fərəc Quliyevin “FETO” ittihamlarına cavab verib. "Heç xəbərim yoxdur. Sən demə mən hansısa partiyanın sədr müaviniyəm. Adam böhtan atdığı partiyanın sədrinin adını çəkə bilmir. Kərbəlayı İsmayıl demişkən: "Ondan nəinki qorxur, üyüdür". Mən böhtançı Fərəcin nəzərdə tutduğu partiyadan 10 ildir ki, ayrılmışam və həmin partiyanın Gülənlə heç bir əlaqəsi olmayıb.

İkincisi, adam nə qədər nankor və huşsuz olar ki, ona türmədən çıxandan sonra himayəçilik edəni, onu insanlar sırasına daxil edəni unutsun. Əli Həsənovu deyirəm. O, Əli Həsənovu ki, FETO-nun ölkədə nəyi vardısa, hamısını yağmaladı. Bəlkə, bunu bizə unutdurmaq istəyirsən! Bütün bunların əvəzinə seçicilərin yanına get və söyüşlərin qeydiyyatını apar... Bir 48 vərəqlik dəftər bəs etməz”, - deyə E. Əliyev vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət-ə 2020-01-30 10:37:00

T.ədalət bir neçə qaranlıq məqamlara toxunur.Fərəc bəy Naxçıvan AXC-nin fəalı olduğu,sonralar əqidəsini dəyişib YAP-a sitayiş edənlərdir.Siz onun H.Əliyevlə qohumluğunu qeyd edirsiniz.Deməli ... BUradan çox mətləblərə işıq saldığınızın fərqindəsinizmi? Deməli AXCP.Əbülfəz Elçibəy,H.Əliyevin hakimiyyətə gətirilməsi yavaş-yavaş açıqlanır. Fərəc bəyin deputat yazılması da çox ehtimal ki.bu hadisəərdə iştirakı ilə bağlıdır. Ancaq bu doğrudurmu ki, naxçıvanda fəaliyyətə olub,Bakıda deputat yazılmaq!ş

Naxçıvanlı 2020-01-29 23:51:59

Fərəc Quliyevin görəsən öz bioqrafiyasından xəbəri var?So 30 ildə etdiklərinə diqqət etsə,xatırlasa yaxşı olar.Ancaq xatırlamaq istəyirmi? Bir də o Naxçıvanlı ola ola niyə Bakıdan deputat seçilməlidir? Axı onu Naxçıvan Bakıdan yaxşı tanıyır.Yəqin bilir ki,Naxçıvanlılar onu tanıyır və ona səs verməzlər.b

t.ədalət 2020-01-29 23:17:35

Etibar Əliyev hələ də Fərtəc Quliyevin haqqında bilmədiklərini yazır.Keçən dəfə də yazmışdım,indi də yazıram ki,Fərəc Quliyev Naxçıvanda Heydər Əliyevin mühafizəsini təşkil edənlərdən biri və Heydər Əliyevlə qohumluq əlaqəsi olan (F.Quliyevin babası H.Əliyevin xalası ilə evli olub) adamdır.Əli Həsənov haqqındakı şərh yalan və qurama bir şeydir.Əlbəttə Etibar Əliyev də indiki nazirlərdən birinə güvənir.Ancaq bu yol Etibar Əliyevə uğur vəd eləmir.

Son yazılar