Azərbaycanda 292 nəfər deputatlığa namizədliyini geri götürüb

Deputatlığa namizədliyi qeydə alınan 1637 nəfərdən indiyə qədər 292 nəfəri namizədliyini geri götürüb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bir daha deputatlığa namizədlərə müraciət edib. M.Pənahov iddiaçıları namizədliyini geri götürməməyə çağırıb.

635x100

Şərhlər

namizəd 2020-01-29 21:30:11

Məzahir müəllim, Şəkidə Bələdiyyə seçkisi (DSK 113) olduqca saxtakarlıqla başa çatdı. Bu barədə sizə rəsmi məlumat verilmiş, əfsuslar olsun ki, əhəmiyyət verilmədi və vətəndaşın seçkiyə olan inamına zərbə vuruldu. Misal ; Şəkinin Kiş kəndinin sakini (Kişin Bələdiyyəsi olmasına baxmayaraq) Şəkidən namizədliyi verildi, tanınmayan bir adamın adı "Sehrli qutusu"nda onun adı 1-yerdə rəsmiləşdirildi ? Bu qanunsuzluğa göz yumuldu ? DSK 113 sədri rəhman başda olmaqla komissiya sədrləri Qaffarlar, Emnaxatınlar, Xuramanlar, Çingizlər və s., və dairənin işçiləri namizədlərin seçki hüquqlarını tapdaladıqlarına görə işdən azad olunmalıdırlar, onlar haqqında cinayət işi açılmalıdır ?r

Son yazılar