Deputatlığa namizəd Rauf Arifoğlunun xeyrinə namizədliyini geri götürdü - FOTO

Namizədin vəkili “hər kəsi Rauf bəyə səs verməyə çağırıram” dedi 

Bu gün 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Fərzəliyeva Gülşən Teymur qızı namizədliyini geri götürüb.

Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Fatma Səfərova məlumat verib.

R.Arifoğlunun seçki qərargahında onu ziyarət edən F.Səfərova bildirib ki, G.Fərzəliyeva öz namizədliyini R.Arifoğlunun xeyrinə geri götürüb.

Onun sözlərinə görə, Gülşən Fərzəliyevanın seçki komandası bundan sonrakı mərhələdə R.Arifoğlunun komandasına dəstək verəcək və öz tərəfdarlarını da Rauf Arifoğluya səs verməyə çağırır: “Biz bu seçkilərdə real güc hesab etdiyimiz Rauf Arifoğlu Abbasovun xeyrinə namizədliyimizi geri götürdük. Hesab edirik ki, seçici öz səsini daha şanslı, seçici üçün iş görə bilən namizədə verməlidir. Bu namizəd isə Rauf Arifoğlu Abbasovdur”.

635x100

Şərhlər

Seçmən 2020-01-30 10:08:03

Bu necə namizəd olub? Belə say bitirənlər elə əvvəldən bəlli olur.MSK niyə belə saxtakarlığa gedir?

Seçici-vətəndş 2020-01-30 10:02:13

Oyunlar başlayır. Necə yəni digər namizədin xeyrinə bu namizəd namizədliyini geri götürdü? Bu anlaşılan deyil.O zaman niyə namizəd olurdu?Hər namizədin onu tanıyan,simpatiya edən seçicisi ola bilər.Necə seçicini məcbur emək olar ki,indi mənə yox.bax .. o şəxsə səs verin.Bu absurd deyilmi?Ancaq bu saxtakarlara bir işarə ola bilər ki,guya namizədliyini geri götürən filankəsin də seçiciləri buna səs verib.BU başa düşülən deyil və saxtakarlıqdır.

elxan 2020-01-29 21:09:45

Ses verəni və sesini geri götürəni üst-üstə hesablasan cəmi 10-15 səs etməz ya. Daha nərəyə götürürsən ki? b

Son yazılar