Ölkənin görkəmli elm və ədəbiyyat adamları bir arada – “Bu, əlahiddə görüş deyildi...” (FOTO)

Ölkənin bir qrup alimi, şair və yazıçısının bir masa arxasında çəkilmiş fotoları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Söhbət AYB sədri Anar, professor Rafiq Əliyev, Xalq şairi Ramiz Rövşən, şair Rüstəm Behrudi, professor Nazim İmanov, akademiklər Kamal Abdulla, Muxtar İmanov və digər hörmətli ziyalılarımızın bir masa arxasında çəkilmiş fotolarından gedir.

Görüşün iştirakçılarından olan şair Rüstəm Behrudi “AzPolitika.info”-ya açıqlamasında deyib ki, onların bir çay masası ətrafına toplanmalarında qeyri-adi heç nə yoxdur. Şair bildirib ki, yanvarın 28-də AMEA-da yazıçı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” adlı kitabının təqdimat mərasimi keçirilib. Bu tədbirdən sonra birlikdə çay içib, söhbətləşiblər. “Bu, yazıçıların, alimlərin əlahiddə məclisi deyildi, sadəcə çay süfrəsi arxasında ədəbiyyat haqqında danışmaq, fikirlərini bölüşmək idi”.

“Dünənki məclis çox gözəl oldu. Kamal Abdullanın özü istedadlı şəxsdir. Əsəri də maraqlıdır. Yığışıb ədəbiyyatdan, incəsənətdən, xalqımızın gələcək taleyindən danışdıq”, - Behrudi qeyd edib.

Şair əlavə edib ki, çay süfrəsi arxasında seçkilər və ictimai-siyasi durum haqqında danışılmayıb: “Əsasən Kamal Abdulla və əsəri haqqında söhbət getdi”.

“AzPolitika”

635x100

Şərhlər

Türkoğlu 2020-01-29 21:38:42

“Pokazuxa” sözünün ilk istifadəçisi, ölülərinə Allah rəhmət eləsin....

oleq 2020-01-29 18:19:27

siz ziyalı olsaydınız VƏTƏN əldən getməzdi,artıq xalqa məddah oldugunuzu, yararsız mövqelərinizlə göstərdiniz

oleq 2020-01-29 18:18:42

siz ziyalı olsaydınız VƏTƏN əldən getməzdi, artıq xalqa məddah oldugunuzu, yararsız mövqelərinizlə göstərdiniz

Son yazılar