BƏƏ-də koronavirusa ilk yoluxma qeydə alınıb

“AzPolitika.info”-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, öldürücü Çin virusu turist ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də çatıb.

Ölkənin Səhiyyə Nazirliyi ilk yoluxma halı barədə xəbər verib. Amma pasiyentin şəxsiyyətini açıqlamayıb.

Qeyd olunur ki, xəstə stabil vəziyyətdədir və tibbi nəzarət altındadır.

Bu arada daha 3 yoluxma halı Malayziyada qeydə alınıb. Burada xəstələnmişlərin sayı 7-ə çatıb.

«Star» nəşrinin məlumatına görə, onların altısı bu ölkəyə Çindən gəliblər. Biri isə yoluxmuşla kontakdan sonra xəstələnib.

Xatırladaq ki, koronovirus artıq 5997 nəfərdə aşkarlanıb, daha 9239 nəfər isə şübhə altındadır. 132 nəfər ölüb, 103 nəfər sağalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar