2019-cu il üzrə qlobal maliyyə mərkəzi məlum olub
ABŞ-ın Nyu-York şəhəri 2019-cu ildə qlobal maliyyə mərkəzi olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş ofisi elə Nyu-Yorkda yerləşən “Duff & Fhelps” konsaltinq şirkətinin hazırladığı “Qlobal Tənzimləmə Mənzərəsi 2019” adlı hesabatda bildirilir.
Sənədə əsasən, sorğuda iştirak edənlərin 56%-i Nyu-Yorku, 34%-i isə Böyük Britaniyanın paytaxtını dünyanın maiyyə mərkəzi hesab etdiyini açıqlayıb. Halbuki 2018-ci ildə London Nyu-Yorku üstələyərək 1-ci olmuşdu. Mütəxəssislər qeyd edirlər ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ("Brexit”) ilə bağlı yaranmış qeyri-müəyyənlik bu ölkənin paytaxtının mövqeyini itirməsi ilə nəticələnib.
Qeyd edək ki, qlobal maliyyə mərkəzinin müəyyən edilməsində bütün dünyadan 240 aparıcı maliyyə meneceri iştirak edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.