Rusiya vertolyotları amerikalıları qaçmağa məcbur edib – Suriyada

Suriyanın «North Press Agency» informasiya agentliyi amerikalı hərbçilərin bundan əvvəl yaratdıqları qaravul məntəqəsindən “qaçışını” əks etdirən videokadrları dərc edib. Qaravul məntəqəsibölgədə Rusiya hərbi patrul dəstəsinin Təl-Tamr şəhəri (Hasake əyaləti) rayonundakı hərəkət yolu üzərindədir.

Ehtimal olunur ki, ABŞ əsgər və zabitlərinin tələsik qaçışının səbəbi təkcə Rusiya zərbə vertolyotları olmayıb. Həm də rusiyalı və amerikalı hərbi komandanlığı arasındakı «ciddi söhbət» olub. Bu barədə «Avia.pro.» portalı yanvarın 28-də yazıb.

«Rusiya patrulu M4 şossesinə doğru irəliləyir. Orada şəhərin girişində ABŞ qüvvələri olmayıb. Son günlər onlar əsasən, yollarda yerləşir» - «North Press Agency» yazır.

Təqdim olunan videokadrlardan görünür ki, 3 zirehli maşından və iki müşayiətedici avtomobildən ibərət Rusiya hərbi patrulu M4 şossesi ilə heç bir maneə olmadan hərəkət edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar