"DEDİM HAQQI BUDUR..." - Tağı Əhmədov korrupsiyaya yol verdiyini etiraf edib

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov SPACE TV-nin "Sadə həqiqətlər” verilişində qalmaqala səbəb olan açıqlama verib.

Tağı Əhmədov rəis olduğu dövrdə ağılla pul qazandığını və dövlətin pulundan "oğurlamadığını" deyib:

"Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm".

Tağı Əhmədov bununla, faktiki olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadəyə və korrupsiyaya yol verdiyini etiraf edib, amma əldə etdiklərini "öz ağlının nəticəsi" kimi qələmə verib.

Görünür, söbbət metronun “Sahil” stansiyasının üstündə yerləşən 21 mərtəbəli binadan gedir. Yeri gəlmişkən, həmin binada Tağı Əhmədovun da mənzili var.

Onu da qeyd etməyə dəyər ki, metro stansiyalarının üstündə çoxmərtəbəli binaların tikintisi yolverilməzdir və şəhərsalma standartlarının pozulmasıdır.(virtualaz.org)

635x100

Şərhlər

ejder 2020-03-08 02:55:41

AYE ONA ..WEREF,,ORDENI VERILMELIDI,LUKAWENKO CANI.MALADES ELDARA

Naxçıvanski 2020-02-07 05:02:42

Ay millət, görün Heydər Əliyevin qurduğu partiyada kimlər fironluq edir? Belələrini YAP-a gətirib puluna görə vəzifə verən Əli Əhmədovla Siyavuş Novruzludur. Belələrinin elə də rüşvət alan yap-çısı olar.

Kasıbların dostu Rac 2020-01-31 16:19:17

Qızılların da yerini de iş tamam

Kamil 2020-01-31 13:21:48

Yuxarıda oturanların hamısı rüşvətxordur

Malik 2020-01-30 22:57:44

Bu dövlət adamıdır,yoxsa Vor Zakondu.Deyir bina tikmək üçün haqqı budur.Analoqu olmayan ölkə.

Ədalət 2020-01-30 22:54:28

İndi görək BAŞ PRAKRORLUQ nə edəcək.Cinayət etiraf olundu.

Aqa 2020-01-30 21:12:13

Bu aqılla o necə uzun müddət belə bir mühüm vəzifədə calışıb.Ya bunun aqlı qacıb ya insanları ALDATDIQINA özü inanır.

Elli 2020-01-30 14:59:07

malades

Son yazılar