CƏMİL HƏSƏNLİNİN SİYAHISI - ReAL və Müsavatdan kəskin etiraz

Milli Şuranın sədri, professor Cəmil Həsənli “Facebook” hesabında 9 fevralda deputat elan olunacaq namizədlərin siyahısını açıqlayıb. O, iddia edib ki, nəticələr əvvəldən bəllidir, ona görə də tərəddüd etmədən hakimiyyətin kimlərə mandat verəcəyini açıqlayır.

C.Həsənlinin siyahısında ReAL Partiyasından Natiq Cəfərli və Erkin Qədirlinin də adları var. Milli Şuranın sədri 12 saylı Qaradağ-Binəqədi-Yasamal və 16 saylı ikinci Yasamal seçki dairələrindən bu şəxslərin deputat mandatı alacaqlarını iddia edib.

C.Həsənlinin bu siyahısı ReAL Partiyası namizədləri tərəfindən etirazla qarşılanıb. Natiq Cəfərli Facebook hesabında yazıb ki, dəfələrlə danışıb, razılaşıb parlamentə düşənlər yenə hakimiyyətin əlinə oynayır, "siyahı" yayaraq seçkini gözdən salırlar. "Özləri elə edib parlamentə düşüblər deyə hamını elə bilirlər. Namizəd olaraq hər gün 10-11 saat küçələrdə, məhəllərdə insanları seçkiyə səsləyirik, seçkiyə, tək bu hakimiyyətin deyil, həm də onların öldürdüyü inamı bərpa etmək istəyirik, camaatda ümid yaratmağa çalışırıq - bunlar isə köhnə kafaları və öz qaranlıq keçmişləri ilə mane olurlar - yenə hakimiyyətin əkməyinə yağ sürürlər, camaatı seçkidən soyudurlar. Niyə axı, niyə? Nə qazanacaqsız? Nə əldə edəcəksiz? Nə təklif edirsiz? Hansı yol göstərirsiz? Bu zay sistemin bir parçası olmaqdan bezmədinizmi?! Bu sistemi siz qarışıq tarixə göməcəyik!", - N.Cəfərli vurğulayıb.

Erkin Qədirli isə narazılığını belə ifadə edib: "Cəmil Həsənli o boyda siyahını yazmaq yerinə bir kəlmə yazaydı ki, Milli Məclisi Natiq Cəfərliyə və Erkin Qədirliyə görə buraxıblar".

Müsavat Partiyasının üzvü, 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputatlığa namizəd Yadigar Sadıqlı da Cəmil Həsənlini qınayan status paylaşıb: "Milli Şura öz mitinqləri öncəsi həbs edilən üzvləri haqqında məlumatı ictimailəşdirmir. İnsanların gözünün qorxacağından, mitinqə gəlməyəcəklərindən ehtiyat edir. Doğru da edir. İndi biz, seçkilərdə iştirak qərarı verən şəxslər, mümkün qədər insanları fəallaşdırmağa çalışırıq ki, saxtakarlığın qarşını alaq, hakimiyyətin işini bacardıqca çətinləşdirək. Belə bir zamanda seçiləcək deputatların siyahısını paylaşmağı hörmətli Cəmil Həsənliyə yaraşdırmadım. Bu bizim zəhmətimizi yerə vurmaqdır.

Son illərin təcrübəsi göstərir ki, hakimiyyətdən informasiya sızıntısının qarşısı tamamilə alınıb. İqtidarın özünün istəmədiyi heç bir informasiya cəmiyyətə sızmır. Əgər bu siyahı həqiqətən də hakimiyyətdən sızıbsa, bilərəkdən sızdırılıb və seçici fəallığını söndürməyə yönəlib".

Y.Sadıqlı sonda seçicilərini prosesdə iştirak etməyə dəvət edib.

Görünür, müxalifət daxilində yeni qarşıdurma seçki bitməmiş başlayıb. Müxalifətdə olan iki partiya seçkidən əvvəlki "atışmalara" seçki bitməmiş davam qərarı veriblər.

AzPolitika.info

635x100

Şərhlər

Alahverdi 2020-01-31 10:42:32

Cəmil Həsənlinin siyahisi 85-90 faiz doğru çıxır.Bu keçən seçkilərdə təsdiq olundu.Ancaq Cəmil bəyin ən böyük səhvi AXC ilə birgə seçkiləri boykot qərarıdır.BU qərar bir çox layoqli şəxslərin namizə olmasının.seçkilərə xalq nəzarətinin və seçkilərdə xalqın iştirakının qarşısını almaq oldu ki, bu sda seçklərin saxtalaşdırılması prosesinə yardım kimi qiymətləndirilməlidir.. Qaldə Cəfərli və digərinin əks reaksiyasına bu təbiidir.Çünki bunlar istiqamətləndirilmiş insanlardır (robot).

AQAYEV 2020-01-30 21:06:35

Biz Lökbatanlılar Natiq bəyə yox öz namizədimizə səs verəcəyik.Kaş bizdən ARZU müəllim öz namizədliyini verəydi.Arzu müəllimi bütün QARADAQLILAR tanıyır hayıf o Tovuzdan öz doqma kəndindən irəli sürüb.SİZİ ƏVVƏLCƏDƏN TƏBRİK EDİRƏM ARU MÜƏLLİM.

t.ədalət 2020-01-30 19:47:03

Küçələrdə çalxalanmaq səs qazanmağa şans vermir.Olsa-olsa,guya seçkilərin şəffaf keçəıcəyinə xaricdən baxanları inandırmaq üçün atılan gərəkjsiz addımlardır.Hakimiyyət bu dəfəki seçkidə Rusiyanın əlinə oynayanların sayını artırmaq istəyir."De-fakto" erməni-rus işğalının,"de-yure" olmasına onların xidmətindən istifadə ediləcək.Hər şey Rusiya tərəfindən ermənilərə verilən ərazilərin başındadır.Gecə-gündüz Rusiyanın yardımı ilə tikinti-quraşdırma meydanına çevrilən Qarabağ uğrunda heç bir addım atılmadığı buna inanmağa haq verir..

adil 2020-01-30 19:06:44

Allah aqzindan eshitsin natiq ceferli ve erkin qedirli deputat olsunlar butun deutatlarin hamisinin bir yerde gordukleri ishdense natiq ve irkin daha savadli ve feal ishleyeceklerine inaniram

Son yazılar