Mübariz İbrahimov "Kızılelma" serialında- VİDEO

Türkiyənin TRT-1 telekanalında yayımlanan və Milli İstihbaratın fəaliyyətindən bəhs edən "Kızılelma" serialının son bölmünün bir hissəsi Bakıda çəkilib. "AzPolitika.info"-nun məlumatına görə, türk polisindəki "paralelçilər" serialın qəhrəmanı Murada Bakıda Türkiyə Milli İstihbaratının rəhbərliyinə qarşı sui-qəsd olacağı xəbərini verirlər. Sui-qəsdi Bakıda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Həkimoğlu soyadlı bir türk "kabadayısının" həyata keçirəcəyi bildirilir. Halbuki, çox məlumatlı adam olan Həkimoğlunu elə Milli İstihbaratın rəhbərliyi qorumaq üçün ölmüş kimi sənədləşdirərək, Bakıya göndərib.

Bundan xəbərsiz olan Murad 7 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olur və burada cəza çəkən Həkimoğlunu öldürmək istəyir. Ancaq Türkiyə Milli İstihbaratının rəhbərliyi Bakıdakı həmkarları ilə əlaqə saxlayaraq, son anda bunun qarşısını alır. Bundan sonra Murad və dıgər bir türk xəfiyyəsi Həkimoğlunu Türkiyəyə götürürlər. Ancaq getməzdən əvvəl Həkimoğlunun təkidi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarını ziyarət edirlər. Həkimoğlunun Mübariz İbrahimovun məzarı başında söylədikləri isə qürurvericidir:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar