DEPUTAT DÖVLƏTİN GÖRDÜYÜ İŞLƏRİ ÖZ ADINA ÇIXIR!? - "1 milyon 227 min manat pul xərcləyib" (FOTO)

112 saylı Qax Seçki Dairəsindən hazırki deputat və deputatlığa namizəd Azər Kərimlinin tərəfdarları qalmaqala səbəb ola biləcək foto paylaşıblar.

Mətbuatda verilən xəbərlərə görə, fotosu paylaşılan sənəddə deputatın rayon üçün etdikləri, müxtəlif sahələrə xərclədiyi vəsaitin məbləğləri öz əksini tapıb. Orada, hətta deputatın bəzi kəndlərdəki klubların və uşaq bağçalarının təmiri üçün hərəsinə 100 min manatdan artıq pul xərclədiyi göstərilib. 

Həmçinin, Qax Rayon Mərkəzi Xəstəxanası üçün avadanlıqların məhz Azər Kərimli tərəfindən alındığı qeyd olunub. Ümumilikdə isə onun rayona 1 milyon 227 min manat pul xərclədiyi iddia edilir.

Bu da rayon sakinlərinin narazılığına və müzakirələrə yol açıb. Onlar “Deputatda bu qədər pul hardandır?”, “Bu pulu haradan və necə qazanıb?” və s. suallar ünvanlayıblar. Sakinlərin əksər hissəsi isə deputatı dövlətin və respublika rəhbərliyinin rayon üçün etdiklərini öz adına çıxmaqda qınayıblar.

Məsələ ilə bağlı Azər Kərimlinin də mövqeyini işıqlandırmağa çalışacağıq.

635x100

Şərhlər

Veĺi 2020-02-04 21:15:10

Ela

Elli 2020-01-31 20:12:26

malades, bundakı fərasətə bax

Son yazılar