"Sizləri professor Vüqar Məmmədova səs verməyə çağırıram!" - Milli Qəhrəmanın xanımı şəhid ailələrinə müraciət etdi

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağda şəhid olmuş Sərdar Mədət oğlu Səfərovun xanımı Səfərova Xatirə Mahmud qızı Nəsimi rayon 22 saylı ikinci Seçki Dairəsinin ərazisində yaşyan şəhid ailələrinə müraciət edib.

O, müraciətində şəhid ailələrini, onların yaxınlarını Nəsimi rayon 22 saylı ikinci Seçki Dairəsindən deputatlığa namizəd olan professor Vüqar Qurban oğlu Məmmədovu dstəkləməyə çağırıb

Müraciətdə bildirilir: "Müstəqil Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş və şəhid olmuş Vətən övladladlarının yaxınları və əzizləri! 

Məlum olduğu kimi hazırda bütün xalqımız 09 fevral 2020- ci ildə növbədənkənar keçiriləcək parlament seçkiləri ərəfəsindədir. Öz gələcəyinin xoşbəxtliyi naminə bu seçkidə seçici kimi yüzlərlə şəhid ailələrinin nümayəndələri iştirak edəcək. 

Mən 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd olan professor Vüqar Qurban oğlu Məmmədovun seçki platformasında yer alan “Şəhidlər ölməz, vətən bölünməz!” şüarını oxuduqda damarımda qanım coşdu və bu şüarı yüzlərlə şəhidlərimizin ruhuna bir ehtiram kimi qəbul etdim. Və düşündüm ki, şəhid olmuş igidlərimizin intiqamının alınması, həmçinin torpaqlarımızın azad olunması işində ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında, Dünya Tibbi Assosasiyasının I vitse- prezidenti, hüquqşünas, həkim, tibb elmləri doktoru, professor Vüqar Məmmədov kimi savadlı və vətənpərvər ziyalıların olması çox vacibdir.

Mən bu şəxsi yaxından tanıyan, onun dərin elmi və təcrübi biliklərə, böyük beynəlxalq nüfuza malik olmasını bilən bir şəhid ailəsinin nümayəndəsi kimi bildirirəm ki, professor Vüqar Məmmədov 22 sayll Nəsimi Seçki Dairəsində ən layiqli namizəddir.

Əziz şəhid anaları, övladlarl, bacıları və xanımları, sizləri şəhid balalarının xoşbəxt gələcəyi naminə 09 fevral 2020- ci ildə Nəsimi rayon 22 sayll seçki dairəsindən deputatlığa namizəd professor Vüqar Məmmədova səs verməyə çağırıram!"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar