ÇİNDƏN TƏXLİYƏ EDİLƏN AZƏRBAYCAN VƏTƏNDAŞLARI TÜRKİYƏYƏ ÇATIB - VİDEO

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilən Azərbaycan vətəndaşları artıq Türkiyəyə çatıb. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən “Koca Yusuf” ambulans-təyyarəsi Türkiyənin paytaxtı Ankarada Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının hava limanında yerə enib.

Sərnişinlərə xüsusi forma geyindirilib. Onlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılacaqlar.

Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı olub. Onlar əsasən tələbələrdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar