"BİZƏ ONUN KİMİ MİLLƏT VƏKİLİ LAZIMDIR...” - Babək Hüseynov Lerikdə seçicilərilə izdihamlı görüş keçirib + FOTOLAR

78 saylı Lerik Seçki Dairəsindən namizəd Hüseynov Babək Meyxoş oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir. Seçki qərargahından verilən məlumata görə deputatlığa namizəd yanvar ayının 31-i rayonun Büzeyir kəndində, fevral ayının 1-də isə Lerik Mədəniyyət Evində seçiciləri ilə görüşüb.

Rayonda kəskin qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq, rayon əhalisi Babək Hüseynovun görüşünə böyük rəğbət və ruh yüksəkliyi ilə gəliblər. Görüşə rayon ağsaqqalları və ziyalıları da qatılıb.

Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü açan professor, tibb elmləri doktoru Qurbanxan Müslümov Babək Hüseynovun keçdiyi həyat yolundan, gördüyü xeyirxah işlərdən danışaraq, onunla bağlı seçicilərə geniş məlumat verib.

“Babək Hüseynov Azərbaycan xalqının və Lerik rayonunun dəyərli yetirməsidir. Mən əminəm ki, Babək müəllimin ilk hədəfi vətənimiz Azərbaycanın inkişafına öz tphfəsinin verməkdir. Digər hədəfi isə adı ilə, doğulmağımızla fəxr etdiyimiz Lerik rayonunun sosial-iqtisadi problemlemlərinin həllində yaxıbdan iştirak etməkdir.

Babək müəllim heç vaxt evində haram çörək yeyilməyən, Lerik camaatının pənah yeri olan, hər kəsin qapısına ümid üçün gəlib naümid qayıtmadığı bir insanın övladıdır. Hacı Meyxos kişinin evi bütün rayon camaatının dar günündə sığındığı ocaq olmuşdur”- deyə Qurbanxan Müslümov əlavə edib.

Daha sonra çıxış edən Babək Hüseynov belə çətin hava şəraitində həvəslə onun görüşünə gələn insanlara ona göstərdikləri isti münasibətə, diqqət və ehtirama görə dərin minnətdarlığını bildirib: “Cənab Prezidentimiz tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı çərçivəsində ölkənin hər yerində olduğu kimi, Lerik rayonunda da avtomobil yollarının, qaz və su xətlərinin çəkilməsi, digər problemlərin həlli ilə bağlı işlər müfəvəqiyyətlə icra olunur. Bütün bunlar Cənab Prezidentimizin tapşırığı ilə həyata keçirilir. Həyata keçirilən bütün işlər birbaşa Cənab prezidentimizin diqqət mərkəzindədir.

Xatırlatmaq istəyirəm ki, möhtərəm Prezidentimiz Lerik rayonuna 4 dəfə səfər edib. Bu ölkə başçısının rayonumuza olan isti münasibətini göstərir. Hamımız bilirik ki, Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunu layiqincə davam etdirən İlham Əliyev Lerik xalqının dostudur. Lerik camaatıda öz növbəsində hər zaman bu siyasi kursa sadiq qalaraq, cənab Prezidentimizin ətrafinda sıx birləşib. Lerik yeganə rayondur ki, burada müxalifət nümayəndəsi tapmaq demək olar ki, mümkün deyil.”

Daha sonra rayon əhalisinin çıxışları dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində fikir mübadilələri aparılıb.

Görüş iştirakçıları daha çox sənədləşmə məsələlərindən narazı olduqlarını ifadə ediblər. Babək Hüseynov bu məsələnin daim İlham Əliyev cənablarının və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu bildirib: “Cənab Prezidentimizin bu məsələlərlə bağlı çoxsaylı sərəncamları və tapşırıqları var. Həqiqətən bunlar insanların sosial rifahının yaxşılaşdırılmasına yönələn proqramlardır. Bu, birmənalıdır. Lakin bu sərəncamların yerlərdə hansı qaydada, doğru və ya yanlış icra olunması başqa məsələdir. Bununla bağlı bizim platformamızda xüsusi bir hissə qeyd olunub. Bu gün Cənab Prezidentimizin tapşırığı və birinci vitse prezidentimizin təşəbbüsü ilə DOST mərkəzləri yaradılır. DOST mərkəzlərinin yaradılması vətəndaş məmnuniyyətinin artırılmasına və digər neqativ halların aradan qaldırılmasına xidmət göstərir. Bakıda istifadəyə verilən DOST mərkəzlərində insanlara çox gözəl xidmət göstərilir. Biz də Lerik camaatı olaraq aidiyyatı orqanlardan belə mərkəzlərdən birinin də məhz rayonumuzda açılmasını xahis etməliyik. Cənab Prezidentimizin siyasəti ancaq yeniliyə, problemlərin innovativ həllinə yönəlmişdir. ”.

Tədbirdə çıxış edən əməkdər müəllim Tarqulu Bağırov Babək Hüseynovun fəaliyyətini və platformasını yüksək qiymətləndirərək, onu Lerik seçicilərinin tək namizədi adlandırıb. “Bizim istəyimiz odur ki, Lerik rayonundan seçilən deputat, Cənab Prezidentimizin ölkədə həyata keçirdiyi sosial-iqtisadi islahatların rayonumuzda da yüksək səviyyədə icra olunmasına, Milli Məclisdə ölkəmiz üçün əhəmiyyətli olan qanun lahiyələrinin hazırlanmasına dəstək olsun. Biz yaşlı nəsil ölkə başçısını və onun gəncləşmə siyasətini ürəkdən dəstəkliyirik. Əziz gənclər! Gələcək sizin əlinizdədir. Babək Hüseynov Lerik camaatının tək və yekdilliklə dəstəklədiyi namizədidir! Seçki günü biz hamımız məntəqələrə yalnız Babək müəllimə səs verməyə gedəciyik. Bizə onun kimi millət vəkili lazımdır.”

Sonda Babək Hüseynov bir daha bütün tədbir iştirakçılarına təşəkkür edərək, seçkidə aktiv olmalarını və ölkədə gedən bu islahatlara biganə qalmamağı tövsiyyə edib.

Tədbirin sonunda insanlarla səmimi söhbətlər aparılıb və xətirə şəkilləri çəkilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar