RAQİF MURADOVUN SEÇİCİLƏRƏ XÜSUSİ MÜRACİƏTİ OLACAQ – Deputatlığa namizəd daha üç kənddə görüşlər keçirib + FOTOLAR

“Xalqın etimadını qazanmayan kəslər parlamentdə təmsil oluna bilməzlər”

Olduqca aktiv və uğurlu seçki kampaniyası aparan 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Raqif Muradov daha üç kənddə seçicilərilə görüşlər keçirib. Qeyd edək ki, 80 saylı dairə bütün ölkə miqyasında ən çox maraqla izlənilən dairələrdən biridir. Buradakı seçicilərin böyük qismi isə məhz R.Muradovu deputat görmək istəyir.
Artıq demək olar ki, seçki kampaniyası çərçivəsində dairədəki bütün yaşayış məntəqlərində dəfələrlə olan və yerli əhalinin yaxşı tanıdığı R.Muradov dünən İmişli rayonunun Telişli kəndində seçicilərlə görüşüb.

Seçicilərə öz seçki platforması haqqında məlumat verən R.Muradov əhalini səsvermədə fəal iştirak etməyə çağırıb. Görüşdə iştirak edən Telişli kəndinin sakinləri isə birmənalı şəkildə R.Muradova səs verəcəklərni bəyan ediblər. Daha sonra R.Muradov Beyləqan rayonunun Baharlı və Qəhrəmanlı kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib.

R.Muradov Qəhrəmanlı kəndindəki görüşdən öncə Qarabağ Müharibəsi Şəhidlərinin abidəsini ziyarət edib. Dairənin favoriti hesab olunan R.Muradov keçirdiyi görüşlərdə növbədənkənar parlament seçkisinin keçirilməsinin hansı zərurətlərdən irəli gəldiyini xatırladaraq, ölkə başçısının da dediyi kimi, məhz əhalinin etimad göstərdiyi namizədlərin seçilməsinin, bununla da yeni Milli Məclisin yeni simaya malik olmasının vacibliyini qeyd edib.

Maraqlıdır ki, R.Muradova üz tutan seçicilər ona səs verəcəklərini bildirməklə yanaşı, seçkinin nəticələrinin şəffaflığının təmin edilməsi, saxtakarlığa yol verilməməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Cavabında Raqif Muradov əhaliyə öz minnətdarlığını bildirib və neqativ halların, saxtakarlığın qarşısını almaq üçün əl-ələ verərək, birgə mübarizə aparmağın vacib olduğunu söyləyib.

Raqif Muradov Baharlı kəndində seçicilərlə görüşündə deyib ki, ölkə başçısının iradəsi ortadadır və xalqın etimadını qazanmayan kəslər parlamentdə təmsil oluna bilməzlər. O, əlavə edib ki, hər halda baş verənlər, eləcə də məlum neqativ hallar barədə xüsusi xidmət orqanları ölkə başçısını məlumatlandırırlar. Raqif Muradov həmçinin, yaxın günlərdə seçicilərə xüsusi müraciətinin olacağını söyləyib. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar