ÇİNİ ÇÖKDÜRƏN KORONAVİRUSDA “ROKFELLER İZİ” - 10 dollarıq virus 2 trilyonu necə batırır?

Çində koronavirusun sürətlə yayılması və əksər ölkələrin buna qarşı həyacan təbili çalması davam edir. Son günlər koronavirusla bağlı yeni iddialar da ortaya atılır. Çin, yaşadığı bu böhranla bağlı, birbaşa olmasa da, dolayı yolla ABŞ-ı ittiham edir. Pekin administrasiyasının bu bəlanın kökünün ABŞ-dan gəldiyini düşünməsi onun hərəkətlərindən də hiss edilir.

Məsələn, Çin hökuməti koronavirusa qarşı peyvənd hazırlamaq məqsədilə ABŞ-la deyil, Rusiya ilə birgə işləyir. Eləcədə, dərman və maskalar üçün Türkiyəyə müraciət edib. Hərçənd ki, dünya tibb elmində ən müasir yeniliklər ABŞ-da baş verir, amma Çin bu amili görməzdən gəlir.

Son günlər koronavirusla bağlı daha bir iddia ortaya atılıb. Bu da koronavirus böhranının dünyanın ən zəngin adamı olmuş milyarder Devid Rokfellerlə əlaqələndirilməsidir. 102 yaşında vəfat edən Rokfeller “Yer üzündə yaşayan insanların sayı çoxdur. Dünya bunun yükünü çəkə bilməz” açıqlaması ilə məşhurdur. Rokfellerin “Mövcud əhali sayı dünya üçün böyük təhdiddir” şəklində açıqlamalarını bu gün asanlıqla internetdə axtarış edib tapmaq olar. Rokfeller ömrünün və sərvətinin bir hissəsini dünyada əhalinin sayının azaldılmasına, insanların sterilizasiyasına və bu səpkidə bio-laboratoriyaların qurulmasına həsr edib. Ari irqi üçün işləyən Hitler laboratoriyasına milyonlar xərcləyən “cənab milyarder”, zəncilərin sayının azaldılması, Amerikada ağdərili irqin üstünlüyünün təmin edilməsinə böyük dəstək verməsi ilə yadda qalıb. II Dünya Müharibəsində məhz Rokfeller ailəsi Hitlerin irqçi alimlərini özünün ABŞ-dakı laboratoriyalarına gətirib.

Bu ailənin “xidmətləri” sırasına daha bir faktı əlavə etmək olar. Belə ki, Kaliforniyadakı biotexnologiya şirkəti olan “Epicyte” yeni gen mühəndisliyi texnologiyalarını yaymaq məqsədilə “Svalbrard”, “Du Pont” və “Syngentan”ın sponsoru ilə tərəfaşlıq edib. “Epicyte” şirkətinin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat maliyyəsi ilə genetik modifikasiya olunan sperma öldürücü qarğıdalı hazırladığı məlum olub. Bu fakt çox ilginc görünə bilər. 1990-cı illərdə BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nikaraqua, Meksika və Filippində 14-15 yaş arasındakı milyonlarla xanımı tetanoza qarşı peyvənd etmək üçün kampaniya başladıb. Kişilərdə də tetanozun olması ehtimalına baxmayaraq, yalnız xanımların peyvəndi üçün yaşıl işıq yandırılıb. Bu şübhə yaradacaq vəziyyətlə bağlı katolik kilsə təşkilatı olan “Komite Pro Vida de Mexiko” peyvəndləri testdən keçirib. Test nəticəsində ÜST-nın yalnız qız uşaqları arasında kampaniya həyata keçirdiyi, peyvəndlərin Chorionic Gonadotrophin (hCG) ehtiva etdiyi bəlli olub.

Təbii hormon olan hCG tetanoz toksoid daşıyıcıları ilə birləşdikdə qadınların hamilə qalmasını sıradan çıxaran antikorlar istehsal edir. Sonradan ortaya çıxıb ki, məhz Rokfeller Fondu, Rokfeller Əhali Şurası, Dünya Bankı və ABŞ Milli Səhiyyə İnstitutları ÜST üçün tetanoz daşıyıcısından sterilizasiya peyvəndi istehsal etmək məqsədilə 1972-ci ildə 20 illik birgə layihəyəyə başlayıblar. Bundan başqa, “Svalbard”-ın sahibi olan Norveç hökuməti sterilizasiya edən peyvəndin istehsalı üçün 41 milyon dollar maliyyə ayırıb.

Dünyaca ünlü strateq Uilyam Engdahl “Aktual” jurnalına müshaibəsi zamanı sterilizasiya yolu ilə dünya əhalisinin azaldılması səyləri haqqında bilgilər verib. Sonradan mütəxəssis bu barədə “Ölüm toxumları” adlı əsərində yazıb. Eyni zamanda, dünyada səs-küyə səbəb olan “Saxta donuz qripi və qidalar” əsəri də onun əl işidir. Mütəxəssis donuz qripinin xüsusi laboratoriyalarda hazırlanıb dünyaya yayıldığını açıqlamışdı. “Dünyada hakim güclərin məxfi planını açıqlayıram: Ali irq yaratma və dünyada əhali sayının azaldılması”, deyə onun kitabında qeyd edilir. “Virusu yayırlar və ardınca da sterilizasiya edilən vaksinlər verirlər” deyən Uilyam kitabında yazır: “Ailə planlanması, doğuma nəzarət, sözdə kənd təsərrüfatında yaşıl inqilab, molekulların bioloji inkişafı, bio-yanacaq mövzuları, eləcə də ÜST, Dünya Bankı, Rokfeller Fondu və daha neçə qurumlar bu məxfi məqsədə kilidlənib. Kiçik bir qrup istisna olmaqla, yerdə qalan insanlar bu məxfi məqsəd haqqında məlumatsızdır. Halbuki, bio-müharibə üçün hazırlıqlar daim davam edir”.

Bu gün sürətlə inkişaf edən ən böyük ölkə Çindir və onu qəfil formada və amansız şəkildə koronavirus “vurur”. Bir zamanlar məşhur türk alim Qədir Misiroğlu da kitabında “Çin və Hindistan əhalisinin sayını virusla azaldacaqlar”, deyə xəbərdarlıq edirdi. İndi bu xəbərdarlıqların təsadüfi olmadığı yavaş-yavaş təsdiqlənir. Hazırda Çin iqtisadiyyatında kiçilmə prosesi müşahidə edilir. Yəni koronavirus sayəsində bir daşla iki quş vururlar. Nəticədə təkcə əhali sayının azalması hədəflənmir, iqtisadiyyat da çökdürülür. Çünki 10 dollarlıq virus hazırda 2 tirlyon dolları batırır...

“AzPolitika”

635x100

Şərhlər

Elli 2020-02-04 20:17:03

lənət olsun millətləri bu bəlaya düçar edənlərə. Jirinovski düz deyirmiş.

Son yazılar