ZAMİRƏ HACIYEVA İLƏ BAĞLI ŞOK QƏRAR - Əmlakı müsadirə edilib satılacaq

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın apellyasiya şikayəti rədd edilib.

Onun vəkilləri dekabr ayında Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın "İzaholunmaz Sərvət Sərəncamı"nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı.

Çərşənbə günü səhəri işə baxan Apellyasiya Məhkəməsinin üç hakimindən biri Lord Burnett həmçinin deyib ki, Zamirə Hacıyevanın bu qərardan şikayət etmək üçün icazə almaq barədə vəsatəti də rədd edilib.

Bu o deməkdir ki, o bu qərardan Ali Məhkəməyə şikayət edə bilməyəcək. Hakimlər onun iki il əvvəl "İzahedilməz Sərvət Sərəncamı"nın qanuni hədəfi olduğunu bildirib. 55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks Harrods mağazasında 16 milyon funt xərcləməklə tanınır.

Zamirə Hacıyevanın mənimsədiyi milyonlar Azərbaycana qaytarılacaqmı?

Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshiredə təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək.

Onun əri Cahangir Hacıyev, Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb. Lakin 2018-ci ilin noyabrında Azərbaycanın Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq o həbs olunub və sonradan o, girov qarşılığında azad edilib. O, Azərbaycana ekstradisiya edilməyəcək. (BBC)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar