FƏZAİL AĞAMALIYA HÜCUM OLUB – Rəqib namizədin tərəfdarları tərəfindən + VİDEO

Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüş zamanı gərgin anlar yaşayıb.

“AzPolitika.info” xəbər verir ki, sosial şəbəkələrdə baş verən hadisələrin görüntüləri yayılıb. Partiya sədrinin rəqiblərindən biri, Aprel qazisi Kamil Musavinin onlarla tərəfdarı Fəzail Ağamalıya hücum çəkib. Namizədi danışmağa imkan verməyən şəxslər onu sıxışdıraraq ərazini tərk etməyə məcbur ediblər.

Yayılan görüntülərdən məlum olur ki, polis əməkdaşları K. Musavinin tərəfdarlarını sakitləşdirməyə çalışsalar da, buna nail ola bilmirlər. Etirazçılar Fəzailin Ağamalıya qarşı kəskin ifadələr işlədərək ondan bölgəni tərk etməyi tələb ediblər. Namizəd Kamil Musavi də aksiyanın fəal iştirakçılarından biri olub.

Bu hadisənin yerli seçki qurumu və MSK tərəfindən araşdırılacağı şübhə doğurmur.

AzPolitika.info


635x100

Şərhlər

SEYİD ƏNHU 2020-02-06 20:17:40

....ARTIQ XALQ KÜT ALƏTƏ ƏL ATIBSA BUNUN NƏ DEMƏK OLDUĞUNU VAXTINDA ANLAMAQ LAZIMDIR.

Son yazılar