DADAŞLİNSKİ VÜQAR SƏFƏRLİNİ “AXTARIŞA VERDİ” - İcraçı direktordan sərt reaksiya +VİDEO (Yeniləndi)

“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı və verilişin siması Dadaş Dadaşlinskinin katibəsi Lyubanın rəqsi zamanı kadra düşən foto diqqət çəkib.

Belə ki, divardan asılmış fotoda Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun altında “Axtarılır” yazılıb.

İzləyicilər arasında geniş müzakirələrə səbəb olan fotonun orada yerləşdirilməsinin səbəbi isə maraqlıdır.

Məsələ burasındadır ki, Dadaş Dadaşlinski KİVDF-nin İcraçı direktorunu verilişə dəvət etsə də, o, müxtəlif bəhanələrlə dəvətdən boyun qaçırıb.

Son olaraq telefon zənglərinə cavab verməyən V.Səfərli haqqında Dadaşlinski özünəməxsus şəkildə axtarış elanı verib.

***

KİVDF sədri Vüqar Səfərlinin İctimai Televiziyaya cavabı gecikməyib. İcraçı direktor "Gununsesi.org" saytına bu barədə açıqlamasında deyib:

“Əvvəla, onlar məni cəmi 1 dəfə həmin verilişə dəvət etmişdilər. Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”.

KİVDF rəsmisi qeyd edib ki, əgər telekanal onun müsahibə verməsində maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər. 

“Əgər onlar üçün mənim müsahibə verməyim maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər və canlı yayımda mən onların bütün suallarına cavab verməyə hazıram. Ancaq bu kukla ilə çəkilən verilişlərdə onlara sərf edən hissələr montaj edilir. Və efirə həmin hissələr verilir. Mən onlardan tələb edirəm, buna razıdırlarsa, məmnuniyyətlə onların efirinə çıxmağa hazıram. Ancaq onların bu etdiyi nə jurnalist etikasına, nə başqa bir dəyərlərə uyğundur. Axtarış barədə qərarı hüquq-mühafizə orqanları verəcək”, – deyə Vüqar Səfərli qeyd edib. 


635x100

Şərhlər

Qulu 2020-02-09 12:58:14

Ay T.Ədalət. Ta qədimdən əlindən bir iş gələməyənlər ona-buna torba tutublar.İTV-nin bu layihəsində az da olsa reallıqları bacara bildikləri qədər verirlər.Sən birdən birə FİL düzəltmək istəyənlərdənsən və sonda qarışqadan başlayacaqsan.VƏTƏNPƏRVƏRLİK məsələsi isə PREORİTET məsələdir və ona EMBARQO QOYULUB.....

zahid 2020-02-09 10:06:52

belə ucuz şoular həmişə əks effekt verir

Asif Mərzili 2020-02-09 09:05:36

Əksinə, indi TV-lər içində ən maraqla izlənən İTV-də elə ən maraqlı veriliş də "3D"dir... Çünki bu verilişdə ən cəsarətli suallar verilir və cavab alınır.

t.ədalət 2020-02-08 21:35:22

Bu gün bizim ən vacib məsələmiz işğal altında qalan torpaqların dərdi və Vətənin müdafiəsi ilə bağlı məsələlərdir."Dadaşlinski layihəsi" isə,sanki bizi ən mühim olan Vətənpərvərlik tərbiyəsindən ayırmaqdır."Dadaşlinski layihəsi" ermənilərin xeyrinə olan,diqqəti Vətənpərvərlikdən uzaqlaşdırmaq kimi yaramaz bir pojedir.Bunu izləyənlər də elə projenin müəllifləridir..

Son yazılar