HƏR ŞEYDƏ GÜNAHKAR ÇİNDİR? – Tezliklə vəziyyət gerçəkdən yaxşılaşacaq

Epidemiyaların «vətəni» təsadüfən tez-tez Səmaaltı ölkə olur və indiki 2019-nCoV «partlayışı»ndan sonra başqa hadisələr də olacaq - axı virusların mutasiyası qaçılmazdır.

Çin koronavirusu artıq bir çox ölkələrdə «tüğyan» edir, amma rəsmi idarələr narahat olmamağı xahiş edirlər. Deyirlər ki, təhlükə yoxdur, teziklə vaksin hazırlayacaqlar, vəziyyət isə epidemiya səviyyəsinə qədər gedib çıxmayacaq. Belə bəyanatlar şübhələri dağıtmır, suallar isə getdikcə artır.

Bəs, ekspertlər nə düşünürlər? Gəlin, onlarla birlikdə araşdıraq, görək, yeni xəstəlik nə qədər təhlükəlidir, nə üçün bir çox hallarda virusların «vətəni» Çin olur, epidemiyanı kim və nə vaxt elan edir, ümumiyyətlə, belə infeksiyalardan necə qorunmaq olar?

2019-nCoV Çin virusu üzrə statistika gerçəkdən diqqəti çəkir: minlərlə xəstələnənlər, yüzlərlə ölənlər. Rəqəmlər diqqəti belə bir fikrə doğru yönəldir ki, dünyada yeni təhlükəli epidemiya meydana gəlib. Ancaq heç də belə deyil.

Epidemiya prosesi özündə «partlayışı», epidemiyanı və pandemiyanı ehtiva edir. Bu bölgünün əsasında isə yoluxanların sayı və xəstəliyin yayılma coğrafiyası dayanır. Nəticədə, Çin koronavirusu heç də epidemiyaya qədər gedib çıxmır. Ona görə də məhz «partlayış»dan söhbət açırlar.

Şübhəsiz, 2019-nCoV virusu təhlükəlidir, ancaq problem bir çox halda süni olaraq şişirdilir. Bu gün yoluxma ehtimalı xeyli azdır. Məsələn, qrip daha yüksək təhlükə təşkil edir, nəinki yeni Çin virusu…

Müqayisə üçün deyək ki, hər payız və qış aylarında Şimal yarımkürəsində əhalinin 15,0 faizi qriplə xəstələnir. Ölənlərin sayı isə rekorda çatır: 290 mindən 650 min nəfərə qədər! Bu, Çin koronavirusu ilə olduğu kimi, artıq «partlayış» yox, tamlıqla epidemiyadır.

Epidemiyanın başlandığını kim həll edir?

Rəsmi orqanlar hər ölkədə var. Amma pandemiyanı ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elan edir. Epidemiyadan əsas fərqi ondadır ki, virus dünya miqyasına çatır, insanlarn əksəriyyəti isə bu xəstəliyə qarşı immunitetə malik olmur.

Sonuncu pandemiya 2009-cu ildə olub: o zaman xəstəliktörədici donuz qripi olub. Ayrı-ayrı ölkələrdə xəstələnənlər üzərində nəzarət minimum, müalicə üsulları isə köhnəlmiş olub. Amma tez-tez «patlayış»lar dünyanın tamamilə başqa bölgələrində, məsələn, Afrikada baş verir. Nə üçün məhz orada?

Afrika qitəsində səhiyyə sistemi, düzünü desək, yaxşılardan deyil. Ayrı-ayrı ölkələrdə xəstələr üzərində nəzarət minimumdur, müalicə üsulları isə köhnəlmişdir. Tez-tez virus qismində daxili endemiklər çıxış edirlər. Onlar qitədən, demək olar, kənara çıxmır. Məsələn, Ebola epidemiyası kimi.

Nə üçün tez-tez Çin?

Bunun bir neçə izahı var. Onardan biri - başqa orqanizmlərlə təmaslardır. Misal gətirək. Virusarın çoxu nəinki insanları, həm də heyvanları yoluxdurur. Çində quş fermaları xeyli yayılmışdır, həm də onların gigiyenik vəziyyəti suallar doğurur. Bu sahənin işçiləri daim xəstə heyvanlarla (quşlarla) münasibətdə olurlar. Ona görə də onlar özlərini yüksə riskə məruz qoymuş olurlar. Hər gün orqanizm milyonlarla virus hissəcikləri ilə mübarizə aparır, amma virusların əksəriyyəti hüceyrələrdə «yerləşə» bilmirlər. Bunun üçün dərhal, iki şərt ödənməlidir: təhlükə ilə mübarizə aparmaq gücündə olmayan zəif immunitet və virusun yerli «mühit»də yaşaya bilmək qabiliyyəti.

Ümumiyyətlə, yeni viruslar necə meydana gəlir?

Üsullardan biri - artıq məlum virusda bir neçə ardıcıl mutasiyanın baş verməsidir. Yeni ştammlar belə meydana gəlir, baxmayaraq ki, bu proses yavaş gedir.

Belə də olur ki, onlar qəflətən meydana çıxır: bir orqanizmdə bir virusun bir neçə variantına rast gəlinir və şərti desək, olar qarışırlar. Məhz ikinci variantda xəstəlik tez yayılır. Nədən ki, ona qarşı immunitet hələ yaranmayıb. O zaman yoluxma üçün ideal şərait xəstə heyvanlarla daim təmasda olmaqdır. Məhz bu variant Çin virusunun (2019-nCoV) meydana çıxmasına gətirib. Çindən hər il respirator xəstəliklərinin növbəti ştammı yayılır. Bu gün Çində yeni virus «tüğyan» edir. Digər belə böyük «partlayış» Səmaaltı ölkədə 2003-cü ildə baş verib. O zaman xəstəliyin törədicisi «SARS» koronavirusu olub, xəstəliyi is atipik pnevmoniya və ya hətta «purpur ölüm» adlandırıblar.

Bəs, bunlardan hansı daha təhlükəlidir?

Mütəxəssislərin fikrincə, 2003-cü ildə klinik vəziyyət daha ağır olub. Bu, həm də Yaxın Şərq respirator sindromuna (MERS-CoV) aiddir. O, 2013-cü ildə Cənubi Koreyada baş qaldırıb. İki ildən sonra epidemiya sona çatıb.

Belə viruslarla əsas problem ondan ibarətdir ki, başlanğıc mərhələdə onların meydana çıxma mənbəyi və müalicə üsulu məlum olmur. Ona görə də xəstəliyin inkişafının proqnozlaşdırılması çətin olur. İlk məlumatların toplanmasından sonra, xeyli çətin işlər başlanır. Məsələn, vaksin yaradılması.

Təəssüf ki, bu, az ehtimal olunandır. Yeni vaksinin yaradılması bəzi hallarda onilliklərlə vaxt aparır. Yəni, hansısa vaksinin yaradılması belə mürəkkəb işdir? Təəəssüf! Alimlər qarşısında tapşırıq müxtəlif və mürəkkəbdir: törədicini müəyyən etmək, antigen əldə etmək və onu orqanizmə çatdırmaq.

Bu zaman vaksini effektliliyə və təhlükəsizliyə görə yoxlamaq olur - əvvəlcə laborator üsullarla, sonra isə klinikə qədər və klinik araşdırmalarla. Dərmanın dizaynı barədə də düşünmək lazım gəlir. Bütün bunlar illər tələb edir, bu müddətdə isə vaksin köhnələ bilər…

Daha doğrusu, evolyusiyaya məruz qalar. Hər bir xəstə xəstəlik törətmiş virusun minlərlə dəyişmiş variantını özündən xaric edir. Formalardan hansısa biri yayılmağa daha çox uğurlu olur, deməli, asan yayılır. Nəticədə, virusun öhdəsindən gələ bilmir…

Buna misal olaraq qripə qarşı peyvəndi önə çəkmək olar. Belə ki, bu peyvənd hər il öz aktuallığını itirir. Xoşbəxtlikdən, vəziyyəti düzəltmək çətin olmur. Bunun üçün antigenləri əvəzləyirlər və həm də qısa müddət ərzində.

Yeni virus barədə informasiya kifayət qədərdir. Müalicəyə yanaşma müəyyən olunub, «partlayış» isə lokallaşdırılıb. Yerdə qalır üzücü tədqiqat işləri. Odur ki, mütəxəssislərin fikrincə, tezliklə vəziyyət gerçəkdən yaxşılaşacaq…

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar