BU DAİRƏLƏRİN NƏTİCƏLƏRİ LƏĞV EDİLİR? - MSK-ya ciddi müraciətlər daxil olub

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun keçirdiyi mətbuat konfransında əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslərin ciddi cəzalanacağı, o cümlədən sosial şəbəkədə yayılan məlumatların hər birinin dəqiqliklə araşdırılacağı barədə dedikləri böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, M.Pənahov bununla bərabər, konkret dairələri də nişan verdi. Onun sözlərinə görə, 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələri barədə MSK-ya ciddi müraciətlər daxil olub.

Məxsusi olaraq qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsində liderliyi Hüseynbala Mirələmov, 60 saylı Salyan-Neftçala seçki dairəsində Fəzail Ağamalı, 74 saylı Lənkəran kənd seçki dairəsində Hadı Rəcəbli, 79 saylı İmişli seçki dairəsində Murad Fərzəliyev (Ekzit-pollun nəticəsində isə Razi Nurullayev), 80 saylı İmişli-Beyləqan seçki dairəsində Çingiz Qənizadə, 81 saylı Beyləqan seçki dairəsində isə Şahin İsmayılov liderlik edir.

Saytımıza daxil olan məlumata görə, hazırda bu dairələrdə ciddi araşdırmalar aparılır və dairələrin nəticələrinin ləğv ediləcəyi istisna edilmir.

635x100

Şərhlər

Şəkidən 2020-02-10 16:48:43

Məzahir müəllim, 113 saylı DSK -dan Exitpolun nəticələrinə görə Tünzalə Məmmədzadə seçilməsinə baxmayaraq, Vüqar İsgəndərlinin adı qalib kimi qeyd olunur ? Bu olduqca dözülməz hadisədir . Tünzalə Məmmədzadə xalqın səsini almasına baxmayaraq saxtaçarlığa yol verərək Vüqar deputat seçilib ? Tünzalı Məmmədzadə dövlətimizi qəlbən sevən ziyalıdır, Parlamentdə təmsil olunmağa layiqdir ? Vüqar seçicinin səsini ala bilməyib ?

ejder 2020-02-10 15:56:39

AYE ONA ..WEREF,,ORDENI VERILMELIDI,LUKAWENKO CANI.MALADES ELDARA

Son yazılar