Əli Əliyev REAL-çıdan və tanınmış vəkildən çox səs toplayıb - Ən gərgin dairələrdən birinin maraqlı nəticələri

Növbədənkənar seçkinin ən gərgin və maraqlı dairələrindən sayılan 17 saylı Yasamal üçüncü seçki dairəsi həm də buradakı namizədlərin kifayət qədər aktiv kampaniya aparması ilə seçilirdi. Xatırladaq ki, bu dairədə mandat uğrunda ölkə çapında kifayət qədər tanınan Vətəndaş İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev, sabiq REAL-çı Azər Qasımlı və tanınmış vəkil Cavad Cavadov mübarizə aparırdı.

YAP isə bu dairədən iş adamı kimi tanınan Elnur Allahverdiyevin namizədliyini irəli sürmüşdü. İnsafən qeyd edək ki, bu dairədə YAP-a müxaliflik edən hər üç namizəd çox aktiv və kifayət qədər səviyyəli, sanballı şəkildə mübarizə apardılar.

İstər siyasi, istərsə də hüquqi müstəvidə dirəniş göstərən namizədlər son seçki günü də daxil olmaqla, əzmkarlıq nümayiş etdirdilər. Bunun nəticəsidir ki, ən çox pozuntu faktlarının rəsmi qaydada qeydə alınaraq, şikayətlər hazırlanan dairələrdən biri də məhz 17 saylı dairədir.

Onu da qeyd edək ki, MSK bu dairənin nəticələrini açıqlamaqda çətinlik çəkirdi. MSK seçkinin sabahı günü öz rəsmi saytında əvvəlcə qalib kimi E.Allahverdiyevi göstərsə də, sonradan onun adını siyahıdan sildi. Xeyli vaxt keçəndən sonra yenidən YAP təmsilçisinin qalib elan olunmasına baxmayaraq, bu dairə nəticələri ən çox şübhə doğuran dairələrdən biri olaraq qalmaqdadır.

Rəsmi nəticələrə gəlincə, E.Allahverdiyev 2145 səslə qalib elan olundu. Qeyd edək ki, bu göstərici seçkidə qalib gələn YAP təmsilçiləri arasında heç də ən yaxşı nəticələr sırasına aid edilə bilməz. Digər namizədlərdən ən çox səs alan Əli Əliyevdir – 795 səs.

Vəkil Cavad Cavadovun 698, Azər Qasımlının isə 459 səs topladığı məlum olub. Bu mənzərə ondan xəbər verir ki, seçkidə Əli Əliyevin qalib gəlmə şansları kifayət qədər yüksək olub.

AzPolitika.info

635x100

Şərhlər

Seçici 2020-02-11 18:51:01

Toplu bwlletenlər öz işini görüb.!

Son yazılar