YAP-ın ƏN ZƏİF NƏTİCƏ GÖSTƏRƏN DEPUTATI - Aydın Mirzəzadə rəqibini çətinliklə üstələyib

47 saylı Mingəçevir seçki dairəsi kifayət qədər sakit dairələrdən hesab olunurdu və buradan YAP-ın stajlı deputatı Aydın Mirzəzadənin yenidən, özü də asanlıqla mandat alacağı güman edilirdi. Lakin seçki kampaniyası dövründə əhalinin kəskin narazılıq ifadə etdiyi namizədlərdən biri də Aydın Mirzəzadə oldu.

Belə ki, sosial şəbəkələrdə bu dairədəki seçicilərin A.Mirzəzadədən narazılıqlarını ifadə etdiklərinə dair videogörüntülər yayıldı. 2000-ci ildən bəri 47 saylı Mingəçevir seçki dairəsini parlamentdə təmsil edən və yenidən seçkilərə qatılan A.Mirzəzadə Mingəçevirdə keçirdiyi görüşlərin birində etirazla qarşılaşdı. Seçicilər ona bu illər ərzində heç bir iş görmədiyini, indi də görüşlərinə büdcə təşkilatlarında çalışanları yığdığını deyiblər.

Görünür, dəflərlə deputat olmuş A.Mirzəzadəyə olan münasibət seçki günü də öz sözünü deyib. Belə ki, A.Mirzəzadə seçkiyə gələnlərin cəmi 30 faizinin səsini toplaya bilib. Bu, YAP-dan deputat seçilənlər arasında ən aşağı göstəricidir.

Təbii ki, bu dairədə də pozuntuların olduğuna dair iddialar var. Ancaq bununla belə, A.Mirzəzadəyə 30 faizdən artıq səs toplamaq mümkün olmayıb.

MSK-nın açıqladığı nəticələrdən belə aydın olur ki, A.Mirzəzadəyə 30 məntəqədən cəmi 2550 səs yığılıb. Elə məntəqə var ki, A.Mirzəzadəyə cəmi 11 səs verilib. 

Onun rəqibi olan Səbuhi Abbasov isə 1774 səs toplayıb ki, bu da A.Mirzəzadədən fərqli olaraq, həmin namizədin YAP-ın və icra orqanlarının inzibati resurslarından istifadə etmədən əldə etdiyi kifayət qədər yüksək nəticədir.

Qeyd edək ki, 34 yaşlı S.Abbasov Azərbaycan – Slavyan Gəncləri Assosiasiyası adlı Qeyri-Hökumət Təşkilatının sədridir. 

635x100

Şərhlər

MSK-ya 2020-02-14 16:21:51

bəzi namizədlər icra strukturları tərəfindən süni üsullarla (təhrik,işdən zad etmə qorxusu,məcburiyyət altında) saxtalaşdırılıb.Əksər protokollarda göstərilən rəqəmlər hətta toplu bülleten halında belə qutudan çıxan səs sayları ilə uzlaşmır.Buna diqqət verilməsi vacibdir.klU

Ramin Mingecevir 2020-02-12 22:54:46

MEN ANLAMIRAM BIZIMLE OYUN OYNAYANLAR OYNADIQLARI OYUNUN ADINI BILIRLER? QERIBE OLAN SEVILMEYEN BASDA ISTENILENLER KOLGEDE SIZ ANLAYIN

Orxan 2020-02-12 17:04:05

Aydin Mirzazade ..... 25 ildi postu ishgal edib. Ay Aydin cix get qoy cavanlar gelsinde ...

Çingiz 2020-02-12 11:42:11

YAP-ın namzədlərinin nəticələri dairələrdə süni surətdə artırılıb. ki, buna da tapşırıqlı saxtakarlıq və ya saxtakarlığa məcbur etmə deyilir.

mehi 2020-02-12 10:12:20

secildi sozu burda artigdi duzaldi daha yaxsi olar

Mingəşevirli 2020-02-11 18:52:28

Onunheç nəyticcəsi olmayıb.Saxtakarlq edilib

Son yazılar