SƏLİM MÜSLÜMOV DA KADR DƏYİŞİKLİKLƏRİNƏ BAŞLADI - Yeni aparat rəhbəri təyin olunub

Yeni nazir Əjdər Olu nazirliyə Aparat rəhbəri gətirdi

Modern.az saytının xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Belə ki, yeni nazir Səlim Müslümovun müvafiq əmri ilə Əjdər Feyzulla oğlu Cəbiyev (Əldər Ol) Nazirlik Aparatının yeni rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə Elnur Kələntərlini əvəz edib.

E. Kələntərov APA-ya açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, nazirlikdə ona yeni vəzifə verilib: “Belə ki, bundan sonra nazirliyin maliyyə idarəsinin rəis müavini vəzifəsində çalışacağam. Artıq bu vəzifəyə təyin olunmuşam və bu gündən yeni işdə fəaliyyətə başlamışam. Mən hər zaman dövlətə və hökumətə sadiq bir insan olmuşam. Bundan sonrakı fəaliyyətimdə bu sadiqliyimi davam etdirəcəyəm”.

Əjdər Cəbiyev filologiya, hüquqşünasılıq və maliyyə-kredit ixtisasları üzrə ali təhsilə malikdir. 1979-1985-ci illərdə müəllim, 1985-1986-cı illərdə Azərbaycan Dəmir Yolu Bakı hissəsinin mülki hissəsində təşkilatçı, 1986-1988-ci illərdə Azərbaycan Respublikası Nəşriyyat Komitəsində kiçik redaktor, 1988-1990-cı illərdə Yazıçıların Yaradıcılıq evində direktor müavini,

1990-1992-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında təşkilatçı vəzifələrində çalışıb.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Milli siyasət şöbəsində məsləhətçi, 1994-2002-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri, Mətbuat və protokol bölməsinin rəisi vəzifələrində işləyən Əjdər Cəbiyev 2002-ci ilin dekabrından Dövlət Sosial Müdafiə Fondunun Kadr və Hüquq departamentinin direktoru, 2004-cü ilin oktyabrından isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifələrində fəaliyyət göstərib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının üzvü olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar