JİRİNOVSKİ, BAKI VƏ RÜSTƏM BEHRUDİ...

Rüstəm Behrudinin Bakı ilə bağlı çox maraqlı bir şeri var:

Buda Bakı, yerindədir əvvəlki kefi, nəşəsi

Mən də sənə təslim oldum, fahişələr fahişəsi!

Jirinovski Bakıya gəldi, Bakı başda olmaqla, hər şeyimizi təriflədi... Niyəsə, nəyin xətrinəsə təriflədi... Biraz görməmiş, biraz məddahlaşan, biraz qorxaq, biraz natamam və sair "birazlarımız" bizi onun pişvazına çıxardı... Gəldi, "qoyun sürüsü" adlandırdığı "birazlarımız"ın üzünə güldü, təriflədi, getdi... Biz də biraz əsəbləşdik ki, bizə qoyun sürüsü deyənin burda nə işi var, onu niyə belə təm-təraqla qəbul etdik, Akif Nağı hara baxır, hanı “balıq hafiz” və sair dedik... Sonra da yavaş-yavaş soyuduq, gördük ki, rusların “balıq hafizi” bizim “balıq hafiz”dən çox-çox böyükdür və biz onu “balıq” yox, “balina” səviyyəsində görməli və qəbul etməliyik və etdik də... Yəni, balanslaşdırılmış balıq siyasəti aparmalıyıq və aparırıq da! Düz edirik? Kimsə durub deyəcək ki, yox, bəs hanı bizim milli qürurumuz, mənliyimiz və s. Qələt edəcək! Belələri bilməlidir ki, könlü balıq istəyənin quyruğu ... rusun əlində olmalıdır! Odur ki, tullanıb düşməyin, zatən tullanıb düşən də yoxdur, şükür Allaha!

Sadəcə, bir şeyi də xatırlatmaq pis olmazdı, Rusiyada Jirinovskiyə “siyasi fahişə” deyirlər.

Bakı isə doğrudan da gözəldir və həmişə gözəl olub, amma bilmirik(?) Rüstəm bəy Bakı haqqında niyə belə yazıb... Və nə məsələdirsə Jirinovski kimisi də gəldi və Bakıya təslim oldu...

Tahir M

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar