GÜLƏR ƏHMƏDOVANIN OĞLU BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB - Yenilənib

Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub. “Report”un xəbərinə görə, hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. 

Xatırladaq ki, T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

***

Sabiq müllət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov məhkəmə qarşısına çıxarılıb.

APA-nın məlumatına görə, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

T.Əhmədov Bakı İstintaq Təcridxanasına köçürülüb.

635x100

Şərhlər

Roma 2020-02-13 09:54:18

Bu Elşad Abdullayevin işidir...Təxribat işləri onluqdur...

Roma 2020-02-13 09:50:13

Bu Elşad Abdullayevin işidir...

SEYİD ƏNHU 2020-02-12 21:05:35

..... BALA QOÇU. ..... . HEÇ OLMASA BELƏLƏRİ MM-də TƏMSİL OLUNMASIN.....

Murad 2020-02-12 19:44:36

Ovladim autizm kanner sindromundan eziyyet cekir 2016 tarixdən psixoloji mualicesine davamlı sekilde aparilmasi ucun Dovlet den destekcun resmi muracietlerim konkret reaksiya verilmir elaqe valideyniyle vatsap 0552351626

Murad 2020-02-12 19:43:08

Ovladim autizm kanner sindromundan eziyyet cekir 2016 tarixdən psixoloji mualicesine davamlı sekilde aparilmasi ucun Dovlet den destekcun resmi muracietlerim konkret reaksiya verilmir elaqe valideyniyle vatsap 0552351626

bu "DIĞA"LAR: 2020-02-12 16:53:59

HƏLƏ ÇOX ..... QAYNADACAQ!

Son yazılar