QALMAQALLI DAİRƏDƏ NƏTİCƏLƏR LƏĞV OLUNDU - MSK-dan daha bir qərar

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib:

“2 seçki məntəqəsində seçki komissiyasına protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 30 seçki məntqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib. Bu dairə üzrə səsvermənin nətciələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qərar qəbul edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğlu idi.

635x100

Şərhlər

VƏTƏNDAŞ 2020-02-14 00:02:24

məzahir hardasa 10-15 deputat seçdirib qoca-qoltuq və onlara çox vacib olmayanları ki, lazım gəlsə qurbanlıq kimi istifadə etsin. Və istifadə edir yavaş-yavaş. Ancaq dünyada gedən proseslər ola bilər bu saxtakarlıqlara birdəfəlik son qoyaq əvvəl-axır. Çox getməz. Hər şeyin bir sonu var

Müfəttiş 2020-02-13 18:36:51

alınmadı....

Son yazılar