MSK DAHA BİR NEÇƏ SEÇKİ DAİRƏSİ İLƏ BAĞLI QƏRAR VERDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Əbil Məmmədovun müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, müraciət DSK-ya göndərilib.

Bundan əlavə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

“Report” xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Suqmayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

635x100

Şərhlər

Seçici 2020-02-16 11:46:32

Əsaslı şikayətlərin şikayət olunan dairələrə göndrilməsi nə qədər qanuni və əsasldır.Elə bu özü qanun pozuntusu deyil?

Son yazılar