“Təbii qaza ən azı 50 il ehtiyac olacaq” - SOCAR rəsmisi

“Qürurla deyə bilərik ki, SOCAR səmt qazının yandırılmasını tamamilə yox edən və Azərbaycanda, həmçinin xaricdə bütün neft-qaz əməliyyatları üzrə sıfır tullantı axıdılması siyasəti yürüdən regionda ilk milli şirkətdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Euractiv” saytına müsahibəsində bildirib.

Uzunmüdətli perspektivdən danışan SOCAR rəsmisi əksər üzvi yanacaqların daha az xoş qarşılanacağını, lakin təbii qazla bağlı mənzərənin fərqli olduğunu bildirib. O qeyd edib ki, bu resursa ən azı növbəti 50 il də ehtiyac olacaq: “Qaz daha təmiz ola bilər, daha az metan qazı buxarlana və ya atmosferə atıla bilər”.

ABŞ-ın ucuz LNG qazının Avropa bazarlarına təsiri ilə bağlı suala SOCAR rəsmisi bildirib ki, bu təsir, sözsüz ki, var: “İndi heç kim əvvəllər nəzərdə tutulmayan amillərin təsiri altına düşən qiymət meyllərini proqnozlaşdıra bilməz. Koronavirusu misal olaraq göstərmək olar. Belə ki, Çində bu xəstəliyə görə tələbatın aşağı düşməsinəticəsində qiymətlər azaldı. Lakin bu tendensiya virusun pik həddi bitən kimi dəyişəcək. ABŞ Administrasiyası bu yaxınlarda Rusiya şirkətlərinə Venesuelanın neft sənayesində iştirak etdiklərinə görə sanksiyalara məruz qalacaqları ilə bağlı xəbərdarlıq edib. Əgər sanksiya tətbiq olunarsa, qiymətlər artacaq”,-o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar