"Çelsi"dən 44 milyon avroluq transfer

"Ayaks" futbolçusu Hakim Zieşin "Çelsi"yə transferini təsdiqləyib.

Qol.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi rəsmi saytı vasitəsi ilə məlumat yayıb. 26 yaşlı hücumçunun bu mövsümün sonadək Niderland klubunda qalacağı, iyul ayından "zadəganlar"a qoşulacağı bildirilib.

"Çelsi"nin bu transfer üçün "Ayaks"a 44 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, H.Zieş bu mövsüm Niderland çempionatında 18 oyunda 6 qol vurub və 13 qolun ötürməsini verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar