Yaşlı kişi spirtli içkidən zəhərlənib öldü

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, fevralın 10-da Nizami rayon sakini, 1949-cu il təvəllüdlü Mirzəyev Yuriy Qasanoviç zəhərlənmə diaqnozu ilə Klinki Tibbi Mərkəzə daxil olub. Həkimlərin müdaxiləsinə baxmayaraq o, bu gün günorta saatlarında orada ölüb.

Y.Mirzəyevin qəbul etdiyi spirtli içkidən zəhərləndiyi bildirilir.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar