Avstraliyadakı fəlakətli yanğın nəzarət altına alınıb - Mövsümün əvvəlindən bəri ilk dəfə

Avstraliyanın Yeni Cənubi Uels ştatının ərazisində mövsümün əvvəlindən bəri ilk dəfə təbiət yanğınlarını lokallaşdırması mümkün olub.

Xatırladaq ki, məhz bu bölgə ötən ilin payızından təbii fəlakətin əsas zərbəsini öz üzərinə götürüb. Yanğınlardan sonra ölkənin bərpasına 100 il vaxt lazım gələcək.

Yerli yanğın xidməti «Tvitter»dən xəbər verib ki, yanğınlarla mübarizədə fövqəladə xidmətin əməkdaşları və yerli sakinlər böyük səy göstərib.

«Yanğınlar bu mövsümə qədər çox üzücü və həyacanlı olub. Mövsümdə ilk dəfə Yeni Cənubi Uels ştatında bütün meşə və çöl yanğınları lokallaşdırılıb» - deyə, xidmətdən bəyan ediblər.

Son məlumatlara görə, 27 nəfər insan və milyard başdan artıq vəhşi heyvan yanğnıların qurbanı olub. O cümlədən, planet üçün unikal sayılan koalanın populyasiyasının 30 faizi məhv olub.

Yanvarın ortalarında ekspertlər xəbər vermişdilər ki, Avstraliya ekosisteminin bərpası 100 ildən artıq vaxt tələb edəcək. Ölkədə milyonlarla hektar sahə yanıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar