Araq koronavirusdan xilas etmir - Ruslar məyusdurlar

Tünd alkoqol Çin koronavirusunun «profilaktikası», kəskin respirativ xəstəliklərdə olduğu kimi, nəinki kömək etmir, hətta ürəyin əlavə yüklənməsi səbəbilə, ziyan vura bilər.

«Belə profilaktik tədbirlər pis nəticə verir» - Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun NTV telekanalının efirindən bəyan edib.

Onun sözlərinə görə, soyuqdəyməyə qarşı araq - səhv yox, «cinayətkar düşüncədir”.

Bryun izah edib ki, xəstəlik zamanı ürək onsuz da bərk yüklənir, spitli içki isə vəziyyəti bir qədər də pisləşdirir.

Bu, həm də hamamda «buxarlanmağa» aiddir. Həkim xəbərdarlıq edir ki, xəstəlik zamanı tünd alkoqol qəbulu - istər adi qrip olsun, istərsə də yeni koronavirus -  təhlükəlidir və ürəyin dayanmasına səbəb ola bilər.

Xatırladaq ki, son məlumatlara görə Çində 40,2 min koronavirus yoluxması təsdiqlənib. 910 nəfər ölüb, 3,2 minə nəfər isə sağalıb. Digər ölkələrdə xəstələrin sayı 300 nəfər təşkil edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar