Növbədə seçki komissiyası üzvləridir – Kimlər cəzalandırıla bilər?

Nəticələri ləğv olunan seçki dairələrinin məsul şəxslərinin məsuliyyətə cəlb olunacağı gözlənilir. MSK sədri Məzahir Pənahov bildirib ki, vəzifəsinin öhdəsindən gələ bilməyən komissiya üzvləri barədə ölçü götürülməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyev də seçkilərdə pozuntulara yol verən şəxslərin cəzalandırılacağını bildirib. Dövlət başçısı bu cür mənfi halları pisləyərək ümumiyyətlə belə hallara ehtiyac olmadığını bildirmişdi.

Seçki günü sosial mediada yayılan video görüntülər, DSK və məntəqələrdə baş verən qanun pozuntuları kifayət qədər ciddi rezonans doğurub.

Əvvəla, seçkiləri müşahidə edən beynəlxalq missiyanın üzvləri məruzələrində bu faktlara istinad ediblər. Bu hakimiyyət üçün arzuolunmaz haldır.

İkincisi, seçkidə iştirak edən və ya etməyən müxalifət partiyaları da bu görüntüləri əsas tutub əks-təbliğat aparırlar.

Ortada video faktlar olduğundan hakimiyyət nümayəndələri və hakim partiya təmsilçiləri onların arqumentlərinə qarşı çıxış etməkdə çətinlik çəkirlər. Bu da ictimai rəydə seçkilərin nəticələrinə mənfi təsir edir.

Qeyd edək ki, müşahidəçilərin çəkdiyi bəzi video görüntülərdə məntəqə sədrləri, komissiya üzvlərinin açıq-aşkar qanunsuzluğa yol verdikləri aydın görünür. Onlar hətta kameralara belə əhəmiyyət vermədən bülletenlərin topa halda qutulara doldurulmasına şərait yaradır, müşahidəçilərə, namizədlərə kobud rəftardan belə çəkinmirlər.

Məhz buna görə də cəmiyyət bəzi seçki dairələrində nəticələrin ləğv olunmasını müsbət qarşılayır. Eyni zamanda hakimiyyətdən növbəti addım kimi seçki pozuntularına yol verən komissiya üzvlərinin cəzalandırılmasını gözləyir.

AzPolitika.info     

635x100

Şərhlər

Şahin 2020-02-14 10:13:05

Seçki üzərindən MSK sükutla keçməməli,belə halları Hüquq mühafizə orqanlarına rəsmi şəkildə göndərməlidirəƏn əsası osə belə hallarımn ölkənin imicinə böyük zərbə vurduğunu qulaq ardına vurmaq mümkün deyil.Əvvəlaseçkilərəkülli miqdarda vəsait sərf edilib,birincisi ölkə əhalisinin rəyi ayaq altına atılıb.İkincisi ölkədə səhlənkarlıq və cəzanın cavabsız qalması ümumi psixoloji tsir yaradıb.Bütün bunları cavabsız qoymaq isə gələcəyi olumsuz edir.kqəeabaş verən qanunsuzluqlar (əslində belə hərəkətlər cinayət xarakterlidir)r

Son yazılar