"BU MÜRACİƏTLƏRİ DƏ ARAŞDIRACAĞIQ" - "20 gün ərzində bütün daxil olan muraciətləri araşdırmalıyıq"

"Yenə sosial şəbəkələri də, daxil olan müraciətləri də araşdıracağıq. Bizə hələ poçtla da müraciətlər gələ bilər. Hesab edirəm ki, biz seçkilərə yekun vura biləcəyik". "Report" xəbər verir ki, bunları Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

"Seçki Məcəlləsinin tələbinə görə, səsvermə günündən 20 gün müddətinə qədər bütün daxil olan muraciətləri araşdırmalıyıq. Dairə seçki komissiyaları tərəfindən bizə təqdim olunan dairə protokollarını və onlara əlavə olunmuş sənədləri birgə araşdırmalıyıq. Onların əsasında addımlar atmalı və qərarlar qəbul etməliyik. 

Bununla da seçkilərə yekun vurub nəticələri Konstitusiya Məhkəməsinə göndərməliyik. Konstitusiya Məhkəməsi də 10 gün müddətində bu məsələlərə yekun vurmalıdır. Əgər ciddi zərurət yaranarsa və ehtiyac olarsa, o zaman Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti daha 10 gün uzada bilər. Amma ümumilikdə bir ay ayrılıb, yəni 20 gün Mərkəzi Seçki Komissiyasına, 10 gün isə Konstitusiya Məhkəməsinə. Ona görə biz də qalan müddətdə yenə araşdıracağıq", - deyə MSK sədri bildirib.

635x100

Şərhlər

Gənəli-MSK-ya 2020-02-14 16:14:59

Gəncədə Naqif Həmzəyevin seçkisində də böyük qanunsuzluqlar baş verib.Həm tapşırıqla topa büllenen və həm də protokolla seçki nəticələrinin uzlaşmadığ faktı mövcuddur.m

Adil 2020-02-14 10:29:09

Araşdırma müraciətləri yenidən DSK=nə qaytarmaq yox (orada şikayərtlər batacaq və nəticə olması mümkün deyil),yerində həll etmək vacibdir.

MSK-ya 2020-02-14 10:26:40

Bütün bunlar təsdiq etmirmi ki,MSK işlərini düzgün qura bilməyib və ya qəsdən belə qurub. ki,məntəqə sədrləri fironluq edir,komissiya üzvlərini ,müşahidəçiləri boykot edir,özbaşına saxtakarlığ edir və ya saxtakarlığı təşkil edir.Bu hal isə vətəndaşları seçkidən soyudub,SEçkiyə getmirlər və təsadüfi adamlar tanışlıq.yaltaqlı və ya rüşvət yolu ilə Milli məclisə soxuşdurulurlar.Bu isə ölkə nüfuzuna zərbədir.

Son yazılar