Türkiyə Kuboku: Yarımfinalçılar məlum oldu

Futbol üzrə Türkiyə Kubokunda bütün yarımfinalçılar müəyyənləşib. "Report"un məlumatına görə, finala gedən yolda "Trabzonspor" "Fənərbağça"ya, "Antalyaspor" "Alanyaspor"a rəqib olub. 1/4 final mərhələsində "Trabzonspor" "Erzurum"a hər iki görüşdə böyük hesabla qalib gəlib - 5:0, 4:1.

"Fənərbağça" "Kırklarelispor"u üstələyib - 3:0, 1:0.
"Antalyaspor" "Sivasspor"u (0:0, 1:1), "Alanyaspor" isə "Qalatasaray"ı səfər qolu sayəsində (2:0, 1:3) keçib.
Yarımfinal qarşılaşmaları martın 3-də və aprelin 21-də olacaq. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar