İtaliya Kubokunun yarımfinal matçında rekord göstərici

Milanın “San Siro” stadionunda İtaliya Kubokunun "Milan" və "Yuventus" komandaları arasında keçirilən birinci yarımfinal matçını 72 738 azarkeş izləyib.

“Report” xəbər verir ki, bu, yarışın yarımfinal mərhələsi üçün ən yüksək göstərici olub.

"Milan" – “Yuventus” görüşü 1:1 hesabı ilə başa çatıb. Xorvat hücumçusu Ante Rebiçin 61-ci dəqiqədə burduğu qola turinlilər ikinci tayma əlavə edilmiş vaxtda Kriştianu Ronaldunun qolu ilə cavab verdilər. Meydan sahibləri matçı azlıqda başa vurublar. Qarşılaşmanın 72-ci dəqiqəsində Teo Ernandes meydandan qovulub. Turinin "Yuventus Stadium" stadionunda cavab oyunu 4 martda olacaq.

Daha əvvəl bu stadionda İtaliya Kubokunun başqa yarımfinal görüşü keçirilib. Həmin matçda "İnter" "Napoli”ni qəbul edib. Qarşılaşma “Napoli”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı stadionda 59601 azarkeş izləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar