Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 99 ev alıb
Baxiş sayı:
Dərc olunub:
14/02/2020 - 12:20
Bu ilin yanvar ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 99 (ötən ilin müvafiq ayında 95) daşınmaz əmlak alıblar.
"APA-Economics"in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (739), İran (678) və Rusiya (254) sıralanıb. Ümumilikdə, xaricilər Türkiyədə bu ilin yanvar ayı ərzində 3 945 ev alışı həyata keçirib.
Xatırladaq ki, azərbaycanlılar ötən il Türkiyədə 1 191 ev alıblar ki, bu da 2018-ci il ilə müqayisədə 59 ədəd və ya 4,7% azdır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.