Bakı Fond Birjası regionda ilk oldu

Bakı Fond Birjası Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədi ilə Dünya Birjaları Federasiyasına (World Federation of Exchanges - Federasiya) üzv olmaq üçün müraciət etmiş və Federasiyanın Direktorlar Şurasının qərarı ilə 2020-ci ilin yanvarın 15-də tərəfdaş birja statusunu əldə edib.

“Report” Bakı Fond Birjasına istinadən xəbər verir ki, bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birja olub.

Məlumata görə, federasiya ilə tərəfdaşlıq Bakı Fond Birjasının inkişaf perspektivlərində və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyininin yaxşılaşdırılması istiqamətində yeni imkanlar yaradır. Belə ki, bu cür nüfuzlu təşkilatla tərəfdaşlıq Bakı Fond Birjasının dövriyyə göstəricilərinin beynəlxalq məlumat resurslarında açıqlanmasına şərait yaradacaq, beləliklə də Qlobal Rəqabətlik Hesabatında “Bazar kapitallaşmasının ÜDM-də payı”, habelə “Doing Business” Hesabatında “Kiçik investorların qorunması” indikatorları üzrə ölkəmizin mövqeyinin yaxşılaşmasına xüsusi töhfə verəcəkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar