“KASPİ”nin MALİYYƏ PROBLEMİ HƏLL OLUNUB? - Qəzetin nəşri davam etdirilir

Kütləvi İnformasiya Vasitələrində Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən maliyyəsi kəsilən “Kaspi” qəzeti nəşrini davam etdirir. Qəzetin əməkdaşlarının birindən aldığımız məlumata görə, hələlik əvvəlki qaydada davam edirlər. Qəzetin kollektvi ixtisar olunmayıb, maaşlar kəsilməyib, habelə dövrülüyü də azaldılmayıb. 

Nəşrin təsisçisi olan Prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva kollektivə fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Xatırladaq ki, KİVDF fevralın əvvəlində dövlət yardımı ayrılacaq qəzetlərin adlarını elan edib və “Kaspi” və onun rusca əlavəsi olan “Kaspiy” qəzetlərin adları siyahıya salınmayıb.

Qəzetin təsisçisi Sona Vəliyeva və Əli Həsənov Fondun qərarına etiraz edərək, ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar israrla yardımın bərpa olunmasını xahiş ediblər. Əks halda kollektivi ixtisar etmək, hətta fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqları mesajını verirdilər.

Sona Vəliyeva və Əli Həsənovun maliyyə problemindən şikayətlənməsi təbii ki, ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb. Məlum səbələrdən bu bəyanatlar cəmiyyətdə böyük rezonans doğurub.

Ola bilsin bu səbəbdən problemi böyütmədən qəzetlərin maliyyələşməsini bir müddət də davam etdirməyə qərar veriblər.

Xatırladaq ki, adıçəkilən hər iki qəzet Əli Həsənovun Prezidentin köməkçisi olduğu dövrdə Fondan aylıq 40 min manat almaqla birinci kateqoriya daxil edilib. Fevral ayında isə maliyyəsi dayandırılıb.

AzPolitika.info

635x100

Şərhlər

AQAYEV 2020-02-15 11:50:13

Niyə bizim yazıları vermirsiz.

Alı 2020-02-15 11:28:11

Bu ailənin milyonları var, amma qəzet buraxmaq üçün büdcədən pul dilənirlər. Nəfisin sonu yoxmuş

AQAYEV 2020-02-14 16:52:43

Haramınız olsun aldıqınız o 40-minlər.SAQLIQINIZA QİSMƏT OLMASIN.

Son yazılar