“Təzyiq yolu heç nəyə gətirməz" - Səməd Seyidov

«Seçkilər yüksək səviyyədə keçirilib. Məsələnin konstruktiv şəkildə həlli siyasi bəyanatla, təzyiqlə deyil, konkret faktlarla müşahidə edilməlidir. Təzyiq yolu heç nəyə gətirməz». Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov Azadlıq” radiosuna 9 fevral növbədənkənar parlament seçkilərinə dair beynəlxalq müşahidəçilərin ilk dəyərləndirməsinə münasibət bildirərkən belə deyib.

Erkən parlament seçkilərində yerli müşahidəçilər, media təmsilçiləri çoxsaylı pozuntuları sənədləşdirərək yayıblar. Fevralın 10-da isə beynəlxalq müşahidə missiyasının birgə bəyanatı yayılıb.«Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmazlıqlarının göstəricisidir», – hesabatda vurğulanır.

S. Seyidov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) qeyri-obyektiv, qanunvericiliyə uyğun gəlməyən məsələləri araşdırır və bunun nəticəsi ortadadır. Onun sözlərinə görə, seçkilərin qanun çərçivəsində keçirilməsində hakimiyyət də israrlıdır:«Hər hansı qanun pozuntusu ola bilər. Ancaq ən vacib məsələ bu qanun pozuntusuna qanun çərçivəsində reaksiya verməkdir və MSK da bunu bizə nümayiş etdirir».

MSK artıq dörd dairədə seçkinin nəticələrini ləğv edib. S. Seyidova görə, bu qərar seçkilərin demokratik prinsiplərinə riayət olunmasına dəlalət edir:«Hansısa tənqid obyektiv və realdırsa, faktlara uyğundursa, beynəlxalq təşkilatlar çərçivəsində, həm də MSK səviyyəsində bu məsələləri müzakirə etməyə hazırıq».

Bəzi müxalifət partiyalarını birləşdirən Milli Şura seçkiləri boykot edib. Onlar Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şəraitin olmadığını deyirlər. Bəzi namizədlərsə seçkinin nəticəsinin ləğvini tələb ediblər. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

S. Seyidov isə düşünür ki, bəzi qüvvələr vəziyyəti süni şəkildə gərginləşdirmək istəyirlər:«MSK məhz bu istiqamətdə həm yerlərdən əldə olunmuş videomaterialları, həm də beynəlxalq təşkilatlardan gələn rəyləri öyrənməyə başlayıb. Ona görə ki, bu materiallar, şikayətlər siyasi xarakter deyil, metodoloji və texniki xarakter daşıyır».

635x100

Şərhlər

Kamil 2020-02-15 10:53:45

Şərhlər verilir.Sadəcə göstərmirsiniz

eko 2020-02-15 08:10:36

Semed ))belke danishmayasan heee?!

MIlli balta 2020-02-14 22:02:58

Bir balaca düzəliş edim...Seçki günü baş tutan səsvermə prosesi cəmi 7 faizinin müşahidəsi aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmazlıqlarının göstəricisidir

Səməd Seyidovai 2020-02-14 20:31:28

Səməd Seyidov Qazaxdan səs ola bilməzdi.Saxtakarllıöqla tərtib olunan protokol!

Son yazılar